Keçid linkləri

Təcili xəbərlər

Arıqlamanın yeni inqilabi üsulu


Yeni pəhriz üsulu italyan alimlərinə aiddir. Roma şəhərində yerləşən Sapiensa universitetinin alimlərinin artıq çəkini atmaq üçün icad etdikləri mədəiçi şarı 500 ml su ilə içmək mümkündür. Şar özü mədədə böyüyür və bununla da orqanizm qida zamanı daha tez doyur. Nəticə etibarı ilə də insan daha az kalori istifadə etməyə başlayır.

Verilən məlumatlara görə, yeni texnologiyanın tədqiqatında piylənmə problemi olan, bir kvadrat metrə bədən kütlə indeksi 30 kq-dan 45 kq-dək olan 29 kişi və 13 qadın iştirak edib.

Təcrübə iştirakçıları pəhriz vasitəsi ilə arıqlaya biıməyən şəxslərdən ibarət olub, şarın quraşdırılmasından isə anesteziya və ya endoskopiyaya görə imtina ediblər. Ekpserimentdə iştirak etmək istəyən könüllülər mədəaltı şarları udaraq onu 16 həftə ərzində orqanizmlərində saxlayıblar.

Bütün bu vaxt ərzində onlar aşağı karbohidrat olan pəhriz saxlayıblar. 16 həftədən sonra şarlar təbii yolla öz-özünə orqanizmdən xaric ediliblər.

Təkrar yoxlamadan sonra müəyyən olunub ki, bu müddət ərzində onlar 15 kq-dan çox çəki atıblar (artıq çəkinin 31 faizi). Şarlardan yarana bilən ciddi yan effektlər qeydə alınmayıb. Alimlər qeyd edirlər ki, yeni şarlar iştirakçılardakı diabet, hipertoniya, xolesterinin yüksək səviyyəsi və metanolik sindromla da mübarizə aparıblar.

XS
SM
MD
LG