Keçid linkləri

Təcili xəbərlər

Nüvə sınaqları radiasiya qurşağı yaradıb


Qlobal istiləşmə və iqlim dəyişiklikləri haqqında debatlarda çox zaman planetimizin həqiqətənmi bu problemlərlə üzləşdiyi və onların insan fəaliyyətindən qaynaqlanması müzakirə olunur. Ancaq Yer sakinlərinin təsir etdiyi bir fenomen də var ki, biz əvvəllər onun haqqında eşitməmişik. Bu, insanın kosmosa təsiridir.

NASA-ya görə, kosmik “iqlimi” - bu isə həm də Yerin maqnit sahəsindəki dəyişikliklər deməkdir - adətən Günəşin aktivliyi müəyyən edir. Ancaq yüksəklikdə həyata keçirilən nüvə sınaqlarına dair bu yaxınlarda açıqlanmış məlumatlar planetin maqnitosferində dəyişikliklərə yol açan hadisələrə yeni baxış imkanı verir.

Yer kürəsi radiasiya qurşaqları ilə əhatə olunub. NASA xəbər verir ki, Soyuq müharibə zamanı 1950-ci və 60-cı illərdə həyata keçirilən təcrüblər nəticəsində planetin yaxınlığında əlavə radiasiya yaranıb. 1958-62-ci illər arasında ABŞ-la Sovet İttifaqı atmosferin yuxarı qatlarında"Starfish" ("Dəniz ulduzu"), "Argus" və "Teak" ("Tik") kimi ekzotik kod adları olan sınaqlar keçiriblər. Yer səthindən 26-402 kilometr hündürlükdə həyata keçirilən sınaqlar bəzi təbii effektləri dəyişikliyə məruz qoyub.

Partlayış zamanı ilk partlayış dalğası genişlənən plazma, elektrik yükünə malik qaynar qaz kütləsi yaradıb. Bu isə öz növbəsində Yerin maqnit sahəsundə geomaqnetik pozuntulara yol açıb. Hərbi əməliyyatlar çoxdan həyata keçirilsə də, onların nəticələri yeni tədqiqat üçün mövzuya çevrilib. Bu nəticələri mütəxəssislər həm də insanın yaratdığı kosmik iqlim adlandırırlar.

Sözügedən sınaqların bəziləri hətta təbii Van Allen radiasiya qurşaqlarına bənzər süni radiasiya qurşaqlaırnın yaranmasına səbəb olub. Van Allen radiasiya qurşağı Yerin maqnit sahəsinin tutub saxladığı elektruk yükünə malik hissəciklərdən ibaarət təbii qata deyilir. Süni qurşaqlara gəlincə, burada əhmiyyətli sayda elektrik yüklü hissəciklər həftələrlə, bəzənsə illərlə qalıb. Kosmik hava elmi fondu bildirir ki, həm təbii, həm süni radiasiya qurşaqları Yerin süni peyklərində olan avadanlığa mənfi təsir edə bilir. Sözügedən sınaqların təsiri nəticəsində onlardan bəzilərinin sıradan çıxdığı da məlumdur.

Süni radiasiya qurşaqları fiziki cəhətdən Yerin təbii radiasiya qurşaqlarına oxşar olsa da, onların tutub saxladıqları hissəciklər fərqli enerjiyə malikdir. Bu hissəciklərin daşıdığı elektrik yükünü müqayisə edəndə parçalanma nticəsində yaranmış hissəciklərlə Van Allen qurşaqlarında təbii şəkildə mövcud olan hissəcikləri ayırd etmək mümkün olur.

Sınaqlar həmçinin bizim fəzada gördüyümüz təbii fenomenləri də dəyişikliyə məruz qoyub. Məsələn, 1958-ci il avqustun 1-də həyata keçirilmiş "Teak" sınağı nəticəsində süni aurora (normal halda "qütb parıltısı" kimi tanıdığımız fenomen) müşahidə olunub. Özü də qütblərdə deyil, Qərbi Samoadakı (Okeaniya) Apia Rəsədxanasında. Qeyd edək ki, sınağın özü Sakit Okeanda yerləşən Johnston adası üzərində həyata keçirilmişdi. Sınaq nəticəsində ayrılmış energetik hisəciklər Yerin maqnit sahəsindəki xətlərə qoşularaq auroranın yaranmasına səbəb olub. Sınaqların auroranı necə yaratdığını müşahidə etmək təbii auroranın yaranması mexanizmini də anlamağa kömək edir.

Həmin il həyata keçirilmiş "Argus" sınaqlarının nəticələri isə dünyanın bir çox yerində görünüb. Bu sınaqlar əvvəlkilərdən daha yüksək qatlarda həyata keçirilib. Nəticədə yüklü hissəciklər Yer kürəsinin ətrafında daha uzaq məsafələrə gedib çıxa bilib. İsveçdən Arizonaya qədər bir çox yerdə qəfil geomaqnetik fırtınalar müşahidə olunub. Nəticədə alimlər hadisələrin vaxtını müşahidə etməklə partlayış nəticəsində meydana çıxmış hissəciklərin hərəkət sürətini müəyyən edə biliblər. Alimlər iki yüksək sürətli dalğanı müşahidə ediblər: birinci dalğa saniyədə 2993 kilometr sürətlə hərəkət edib. İkinci dalğanınsa sürəti bunun 1/4-dən də az olub. Yaranmış süni radiasiya qurşaqlarından fərqli olaraq, bu geomaqnetik effektlərin ömrü qısa, cəmi bir neçə saniyə olub.

Kosmik mühitə antrpogen təsirin digər növləri Yerin yüksək qatlarına kimyəvi maddələrin atılması, ionosferin yüksək tezlikli dalğalarla qızdırılması və çox aşağı tezlikli dalğaların radiasiya zolaqları ilə təsirini ehtiva edən eksperimentlərdir. Onlardan bəziləri - çox aşağı tezlikli dalğalar, radiodalğalar - kosmosdakı hissəciklərə təsir edərək onların harada və necə hərəkət etməsini dəyişdirə bilir.

«Aparılan təcrübə və müşahidələr nəticəsində məlum olub ki, düzgün şəraitdə çox aşağı tezlikli radiosiqnallar Yerin ətradında yüksək enerjili radiasiya mühitinə təsir etməyə qadirdir», — Massaçussets Texnologiya İnstitutunun Haystack Rəsədxanasının direktor müavini Phil Erickson deyir.

ABŞ-ın Milli Kosmik Agentliyi həmçinin əlavə edib ki, çox aşağı tezlikli siqnallardan sualtı qayıqlarla əlaqə qurmaq üçün istifadə olunsa da, «onlar atmosfer qatının xaricinə də yayılır və Yer kürəsini qovuqla əhatə edir». Bu qovuğu hətta "Yer səthindən çox yüksəkdə olan cihazlar» görə bilir.

Ən son yazılan

XS
SM
MD
LG