Keçid linkləri

ABŞ Müdafiə Nazirliyinin DARPA elmi tədqiqatlar agentliyi robot pilot sistemi ALİAS üzərində işləri davam etdirir. Bu dəfə texnologiya Boing-737 təyyarəsində sınaqdan keçirilib.

Sınaq uçuşu zamanı ALİAS ikinci pilot yerini tutub. Cihazlara, sensorlara, açarlara kamerayla nəzarət olunub. Bütün informasiyalar robotun mərkəzi prosessoru ilə işlənib. Robot qol uçuş idarəsini insan kimi tənzimləyə bilib. ALİAS ağır sərnişin təyyarəsində köməkçi pilot vəzifəsini uğurla tamamlayıb.

Robotik sistem səs tanıma və səs sintez etməklə pilotla əlaqə də yarada bilir.

“ALİAS-ı müxtəlif tipli təyyarələrdə uğurla sınaqdan keçirmişik. Məqsədimiz qalxışdan enişə qədər avtomatik uçuşa nail olmaqdır. Qətiyyətlə deyə bilərik ki, iş yükünü önəmli dərəcədə azaldan avtomatik uçuş sistemini yaratmağa nail olmuşuq,” Avrora-nın araşdırma və inkişaf üzrə vitse-prezidenti Con Visler (John Wissler) bildirib.

Sistem bundan öncə Diamond A42 və Cessna Caravan təyyarələrində sınaqdan keçirilib.

Sənin fikrin

Şərhləri göstər

Ən son yazılan

XS
SM
MD
LG