Keçid linkləri

Cənubi Koreya elektronika məhsulların ən iri istehsalçılarından biridir. Yarımadada müharibə olarsa, smartfonlar da daxil olmaqla elektron avadanlıqların qiymətinin bahalaşmasına gətirib çıxaracaq, və eləcə də dünya ticarətinə toxunmaqla ABŞ-ın da dövlət borcunun çoxalmasına səbəb olacaq.

CNBC-nin verdiyi məlumata görə, regionda son zamanlar vəziyyət çox gərginləşib. Aprel ayının sonunda ABŞ prezidenti Donald Tramp Koreya ilə “iri miqyaslı konfliktin” yaranma ehtimalını bildirərək qeyd etmişdi ki, Ağ Ev Pxenyanın hərbi hədələrinə cavab olaraq bütün variantları götür-qoy edir. 16 may tarixində ABŞ-ın Koreya yarımadasının sahillərinə ikinci təyyarəsini göndərdiyi məlum olub: USS Ronald Raegan USS Carl Vinson-la təyyarə qrupu ilə birgə təlim keçiriblər. Bu addım Şimali Koreyanın ballistik raketlərinin keçirdiyi uğurlu sınaqlarına cavab olub.

Capital Economics-in analitikləri xatırladırlar ki, Cənubi Koreya dünyada elektronika məhsulları istehsalçısı kimi böyüklüyünə görə dördüncü yerdədir və hətta bu ölkəylə hətta qısamüddətli konflikt ABŞ-ın iqtisadiyyatı və eləcə də sənaye sektoru üçün katastrofik nəticələnə bilər. Müharibə səbəbindən elektronika və onun komponentlərini istehsal edən müəssisələrə zərər dəysə, şirkətlər yeni tədarükçü axtarışına çıxmalı olacaq. Lakin dünya iqtisadiyyatının hazırda Cənubi Koreyadan gələn məhsulların yerini doldurmağa kifayət qədər resursu yoxdur.

Nəticədə bir çox şirkətlər istehsalı dayandırmalı olacaq ki, bu da elektronika məhsullarının qiymət artımına gətirib çıxaracaq. Bu da öz növbəsində iqtisadiyyatı inkişaf etmiş ölkələrə zərər gətirəcək. Məsələn, ABŞ-da elektronikanın qiyməti iki dəfə artacaq, Koreya ilə müharibə inflyasiyanın 1 faiz artmasına səbəb olacaq. Müharibənin analoji təsiri digər ölkələrdən də yan keçməyəcək ki, mərkəzi banklar əsas məzənnələri artırmağa məcbur olacaqlar.

Capital Economics-in proqnozlarına görə, müharibə səbəbindən Cənubi Koreyada Ümumi Daxili Məhsul (ÜDM) 50 faizə qədər düşsə, dünya ÜDM-i bir faiz azalacaq. Bundan əlavə, uzanan müharibə ABŞ-ın dövlət borcunu da artırmış olacaq, bu borc ölkənin ÜDM-nin 75 faizini təşkil edir. ABŞ yəqin ki, müharibədən sonra Cənubi Koreyanın bərpa edilməsinə vəsait də sərf edəcək. Əgər sərf ediləcək vəsait İraq və Əfqanıstana sərf edilən məsrəflərlə müqayisədə eyni olarsa, ABŞ-ın dövlət borcu 30 faiz arta bilər.

Analitiklər onu da qeyd edirlər ki, ABŞ-ın hərbi üstünlükləri nəzərə alınarsa, Cənubi Koreya ilə müharibə böyük ehtimalla uzun çəkməyəcək, bu, “illər deyil, yəqin ki, bir neçə ay çəkəcək”.

Sənin fikrin

Şərhləri göstər

Ən son yazılan

XS
SM
MD
LG