Keçid linkləri

Təcili xəbərlər

Səsiniz və qoxunuz cazibənizdən xəbər verir


İnsanın səsi və qoxusu onun haqqında görüntüsü qədər çox şey ifadə edir.

Vroslav Universitetinin alimlərinin araşdırması bunu deməyə imkan verir.

Gözlə görünən şeylərlə yanaşı, səs və bədən qoxusu insanı cəlbedici edən vacib amillərdir. Belə bir qənaətə alimlər 30 illik bir araşdırmanın nəticəsində gəliblər.

Bəzi qoxular xoşagələn və çəkici olub insanları münasibət qurmağa həvəsləndirə bilər. Eyni zamanda, xoşagəlməyən qoxu münasibətdən çəkindirə bilər.

Tədqiqat göstərir ki, insanlar oxşar üzlərə meyl etsələr də, fərqli genlərə sahib insanların qoxularını tərcih edirlər. İnsanların necə göründüklərini və qoxularını nəzərə almaqla genetik baxımdan uyğun qarşı tərəfi seçmək olar.

Tədqiqatçılar bildirirlər ki, insanın səsi onun yaşı, cinsi, mövqeyi, emosional durumu, fiziki gücü, məhsuldarlığı haqqında fikir yürütməyə imkan verir.

Araşdırmaçılar hesab edirlər ki, uzunmüddətli münasibətlər üçün qadınlar daha mülayim səsli kişilərə üstünlük verirlər. Çünki, həmin insan uzun müddət onların çevrəsində olacaq.

Tədqiqatçılardan Aqata Qroyeka (Agata Groyecka) vurğulayır ki, insanın səsi və qoxusuyla bağlı son illər ədəbiyyatlar sürətlə artsa da, bu amillərin cazibədə, sosial əlaqələrdə rolu arxa planda qalıb.

Groyecka qeyd edir ki, görüntü, səs, qoxu birlikdə insanlar haqqında ən vacib, etibarlı, həm də müxtəlif informasiyaları çatdıra bilər.

XS
SM
MD
LG