Keçid linkləri

Təcili xəbərlər

Ən təhlükəli sosial şəbəkə


Müstəqil Britaniya Səhiyyə Təşkilatı RSPH (Royal Society for Public Health ) Gənc Səhiyyə Hərəkatı (Young Health Movement) ilə birgə media və sosial şəbəkələrin gənclərin sağlamlığına təsiri ilə bağlı hesabat dərc ediblər.

Sorğuda 14-24 yaşarası 1500 gənc iştirak edib. Sorğu iştirakçılarından 14 suala cavab vermək tələb edilib. Suallarda hər bir sosial şəbəkəni təsvir etmək təklif edilib – həmin şəbəkələrdə etibar edilə biləcək informasiyanın olub-olmaması, bu və ya digər servisin həyəcan, depressiya və ya tənhalıq hissini oyatması, həmin servisin nə qədər özünüifadə və özünümüəyyənləşdirmə prosesinin inkişafına səbəb və həmçinin kommunikasiya bacarıqlarının inkişafına səbəb olması, həmin servislərdə istifadəçiləri qorxudan elementlərin olub-olmaması kimi suallar daxil edilib.

RSPH saytının dərc etdiyi hesabata görə, gənc istifadəçiyə ən mülayim yanaşan YouTube saytı olub. İkinci və üçüncü yerdə isə Twitter və Facebook qərarlaşıb. Reytinqi yekunlaşdıran servislər isə Snapchat və Instagram olub. Sonuncu “daha çox neqativ” təsir verən servis kimi qeyd edilib.

“Sosial şəbəkələr asılılıq yaradır. Bu asılılıq o qədər güclüdür ki, bunu spirtli içki və nikotin asılılığı ilə də müqayisə etmək olar. Bu, gənc nəslin həyatında o qədər dərinə kök atıb ki, bunu diqqətdən kənar buraxmaq olmaz”, deyə RSPH-in icraçı direktoru Şirli Kramer (Shirley Cramer) bildirib: “Maraqlıdır ki, Instagram və Snapchat psixiki sağlamlıq üçün çox təhlükəlidir. Hər iki platforma visual kontent üzərində fokuslanıb və görünən odur ki, bu, gənc insanlarda böyük narahatlıq hissi yaradır”.

XS
SM
MD
LG