Keçid linkləri

Facebook-a yeni özəllik əlavə olunub. “Order food” adlanan funksiya yeməkləri birbaşa bu sosial şəbəkədən sifariş verməyə imkan verir.

Bu işdə Facebook-un partnyoru Slice və ya Deliveri.com xidmətləridir.

Əvvəlcə istifadəçilər sosial şəbəkənin applikasiyasında əsas menyuda mavi burqer işarəsini görməyə başlayıblar, artıq saytın kənarında rəngli burqer işarəsi var. Bu işarəyə tıklamaqla istifadəçi yaşadığı əraziyə uyğun restoranlara göz ata, mətbəxin tipinə, qiymətə və reytinqə görə filtrləyə bilər.

Bölməni ana səhifəyə keçirdikdə özəlliyə çatmaq daha da asanlaşır. İstifadəçi öncə restoranı seçir, “Start order” (sifarişə başla) bölməsinə tıklayır. Sonra menyuya göz atmaq, yeməkləri seçmək, sifarişi düzənləmək, ipucu artırmaq və Facebook-dan çıxmadan ödəmək olar

Sifarişi tamamladıqdan sonra qəbul mesajı görünür, sifariş, onun çatdırılma vaxtı barədə detallar e-mail-ə göndərilir.

Funksiya hazırda ABŞ istifadəçiləri üçün çatımlıdır. Özünü doğruldarsa, özəllik daha çox ölkədə aktiv hala gələcək.

Sənin fikrin

Şərhləri göstər

Ən son yazılan

XS
SM
MD
LG