Keçid linkləri

Təcili xəbərlər

Alimlər elektron siqaretlərin təhlükəsindən danışırlar


Amerikan Uroloqlar Assosiasiyası elektron siqaretlərin və onun təsiri altında yarana biləcək onkoloji xəstəliklərin araşdırılmasının zəruri olduğunu təsdiq ediblər.

Elektron siqaretlərin istifadəsinin yayıldığı bir vaxtda onkoloqlar onun istifadəsinin təsirini yoxlamaq qərarına gəliblər. Aparılan araşdırmalarda sidik kisəsi xərçəngi olan 14 mindən çox insanın tibb məlumatlarından istifadə edilib. Məlum olub ki, elektron siqaretlər də adi siqaretlər qədər təhlükə daşıyır.

Alimlər ikinci araşdırmanı apararaq sidik kisəsi DNT-nin bərpasında formaldegidlərin, nitrozamin və nikotinin effektlərini araşdırıblar.

Tədqiqat prosesində mütəxəssislər “ənənəvi” siqaret çəkənlərin və elektron siqaret istifadəçilərinin sidik analizlərini müqayisə ediblər – araşdırma üçün adi siqaret istifadəçilərində və mütəxəssislərə görə müəyyən elektron siqaretlərin tərkibində mövcud olan 5 kanserogenin nümunəsi götürülüb. Alimlər müəyyən edib ki, elektron siqaretlərin buxarlanma prosesində ağız boşluğu hüceyrələri iltihab zülalları ifraz edir, bu da müxtəlif xəstəliklərə səbəb olur. Mütəxəssislərə görə, nə qədər sıx-sıx elektron siqaretdən istifadə edilirsə, dişlərlə bağlı problemin yaranma ehtimalları bir o qədər də böyüyür.

O da məlumdur ki, siqaret çəkmək ağciyərə və dişlərə də mənfi təsir göstərir. Adətən bu buxarın hərarəti 40-60 dərəcəyə bərabər olur, ona görə də hava və tüstü arasındakı hərarət fərqi yay mövsümündə daha çox olur. Bu isə diş emalına mənfi təsir göstərir – dişlər zədələnir və çatlar əmələ gəlir, selikli ağız boşluğuna da bu, mənfi təsir göstərir. Qan damarları dəhşətli dərəcədə genişlənir və papirosun yanan məhsullarından ağız suyunda konserogenlər parçalanır.

Bütün bu birləşmələr orqanları qıcıqlandıraraq qida bürosuna, mədəyə və bağırsağa düşür. Nəticə etibarı ilə elektron siqaretlər qastrit də daxil olmaqla müxtəlif xəstəliklərə səbəb ola bilər.

XS
SM
MD
LG