Keçid linkləri

Təcili xəbərlər

Antraktidada nəhəng, sirrli pilləkən


Antraktidada maraqlı və sirrli pillələr aşkar olunub. Bu, dağın təpəsinə qalxan bir pilləkənə bənzəyir.

Peykdən görüntüsü yayılan nəhəng pilləkən haqqında müxtəlif fikirlər var.

Alimlər bu tapıntının hələ də mifik sayılan qədim Atlantida sivilizasiyasının izləri olduğunu düşünürlər. Antraktida həmişə buzla örtülü olmayıb. Onlar bu ərazidə qədim bir şəhərin mövcudluğunu istisna etmirlər.

Alimlər bildirirlər ki, hazırda pilləkənin dəqiq nəyin bir hissəsi olduğunu demək çətindir. Söylənilən fikirlər sadəcə təxminlərdir.

Ola bilər ki, ondan hazırda dağa çevrilən piramidanın təpəsinə çıxmaq üçün istifadə olunub. Bəlkə də, bu nərdivan yadplanetlilərin gəmilərinin eniş qalxışı üçün vasitə olub.

Antraktidanın iqlimi bir zamanlar fərqli olmuş ola bilər. Ancaq, burada yaşayışın olması barədə hələlik elə bir tutarlı dəlil yoxdur.

Ən son yazılan

XS
SM
MD
LG