Keçid linkləri

Təcili xəbərlər

İstədiyiniz əşyanı drona çevirin


Yaponiya şirkəti Prodrone yeni PD-ANY modul platformasını təqdim edib. Bu modul bir çox əşyaları pilotsuz daşıyıcılara çevirməyə imkan verir. Hər bir modul fiziki şəkildə yükə bərkidilir və daşınılan obyekti kvadro- və ya geksakopterə çevirməyə imkan yaradır. Modulların hər biri müstəqil avadanlıq olmaqla hər birinin öz akkumulyatoru və elektronik bloku da var. İstifadəçinin təyin etdiyi əsas modul digərlərinin işini sinxronlaşdırır.

Bir modulun çəkisi 1 kq-dır, dörd moduldan ibarət komplektlə isə 15 kq-dək yük daşınıla bilər. PD-ANY modullarının uçuşun maksimal sürəti saatda 20 km-dir, avtonom rejimdə uçuş 10 dəqiqəylə məhdudlaşdırılır.

Avadanlığın nümayiş videosu YouTube video sosial şəbəkəsində yerləşdirilib. Görüntülərdə PD-ANY-nin yaradıcıları rotorları stula bərkidərək onu pilotsuz bir cihaza çevirirlər. Videoda həmçinin yükü masaya bərkidərək daşımanı asanlaşdırmaq üçün moduldan necə istifadə etməyin üsulu da göstərilib.

Avadanlığın mümkün ola biləcək kütləvi istehsalı və təxmini qiymət haqda hələ ki, heç bir məlumat verilmir.

Bu modul Yaponiya şirkətinin ilk məhsulu deyil. Ötən ilin sentyabr ayında Prodrone iki manipulyatoru olan və 20 kq-dək yükü daşıya bilən PD6B-AW-ARM yük multikopterini də təqdim edib.

Ən son yazılan

XS
SM
MD
LG