Keçid linkləri

Təcili xəbərlər

Kalorini azalt, yaşından gənc qal


Günlük qida rasionunda kalori miqdarını 25 faizə qədər azaltmaqla insan daha gənc qala bilər. Bu yolla bioloji yaşlanmanı hər il 0.6 il yavaşlatmaq olar.

Şimali Karolinanın Dyuk Universitetinin alimlərinin yeni araşdırması bunu üzə çıxarıb.

Tədqiqatçılar piylənməsi olmayan 220 insanı incələyiblər. Onlardan 145 nəfəri gündəlik kalorini azaldıb, digərləri isə yox. Araşdırmaçılar (ürəyin vəziyyəti, metoblizma və immun sisteminə əsasən) iştirakçıların bioloji yaşlarını hesablayıblar. Başlanğıcda onlar arasında elə bir fərq olmayıb. Könüllülərin xroniki yaşı 38, bioloji yaşı 37 olub.

Hər 12 aydan sonra kalorini azaldan qrupun bioloji yaşı orta hesabla 0.11 il, digərlərinin isə 0.71 il artıb.

Tədqiqatçılardan Belski (Dr. Belsky) bildirir ki, bioloji yaşlanmanı yavaşlatmaqla, yaşla bağlı bir çox xəstəliklərin və əngəllərin qarşısını almaq, ən azından gecikdirmək olar.

Araşdırma kalori azaltmağın bioloji yaşlanmanı niyə gecikdirdiyini tam üzə çıxarmasa da, bundan öncəki tədqiqatlar göstərir ki, enerji çatışmazlığı hüceyrə bölünməsinin və itkisinin qarşısını alır.

XS
SM
MD
LG