Keçid linkləri

Təcili xəbərlər

Bu “Trampiana”nın bir sonu olacaqmı?


SEÇKİLƏR BƏZƏN ELƏ SÜRPRİZLƏR YAŞADIR Kİ...

Bizim demokratiya əleyhdarlarının “quyusuna su tökmək” kimi alınmasın, amma arabir baxıb görürsən ki, hətta demokratik və düzgün seçkilər belə heç də həmişə uğurlu seçimə gətirib çıxarmır, insanların ən azı əksəriyyətini həqiqətən də qane edəcək siyasi nəticələrlə bitmir.

Bir də görürsən ki, savadlı və yüksək inkişaf mərhələsində olan cəmiyyətlərdə belə insanlar elə seçim edirlər ki, əllərin-qolların heydən düşüb yanına sallanır.

Bir də görürsən ki, savadlı və yüksək inkişaf mərhələsində olan cəmiyyətlərdə belə insanlar elə seçim edirlər ki, əllərin-qolların heydən düşüb yanına sallanır.

Deyim ki, belə hallar demokratik təcrübə üçün sürpriz deyil, tez-tez olmasa da, arabir belə şeylər də olur. Təsadüfi deyil ki, demokratiya və insan haqları məsələləri üzrə ekspertlər totalitarizmlə demokratiya arasındakı bir ciddi fərqə daim diqqət yetirirlər. Bəli, totalitar rejimlərdə ilkin prosedurlarda tamam qeyri-müəyyənlik hökm sürsə də son “nəticə” ilə bağlı problem olmur – belə rejimlər hətta əlli ildən sonra da nəyə nail olacaqlarını dəqiq “bilir”lər.

Demokratiya belə deyil. Burada ilkin prosedurlarda bir aydınlıq var və nəticə isə bilinmir. Demokratlar deyir ki, gəlin düzgün seçkiyə gedək və səsləri düz sayaq, bütün namizədlərə həqiqətən bərabər imkanlar təmin edək. Amma həmin demokratdan soruşsanız ki, bunun sonu nə olacaq, - o zaman sükutla qarşılaşacaqsınız, çünki o özü də əməlli-başlı bilmir bu sualın cavabını...

Onun bir cavabı var. O da budur ki, cəmiyyətdə hamının qəbul etdiyi “oyun qaydaları” olmalıdır ki, ictimai–siyasi konsensus yaransın və belə qaydalardan biri, bəlkə də ən birincisi də düzgün seçkidir...

Digər tərəfdən, demokratiya nəzəriyyəçiləri deyir ki, seçki əsl, mükəmməl demokratiya üçün zəruridir, amma kafi deyil, ona görə də əsl demokratiyada düzgün seçkilərdən başqa da nələrsə olur.

DEYƏSƏN, TRAMP ÖZÜ DƏ BEZİB

Qərəz, bu aspektlərdən yanaşanda düşünmürəm ki, amerikalılar Donald Trampı seçməklə bütün ölkənin həyatını total şəkildə dəyişəcək seçim ediblər. Yox, bəlkə ABŞ-da elə insanlar vardır ki, hətta prezidentin kim olduğunu da bilmirlər.

Doğrusu, hələ də düşünürəm ki, insanlar niyə Trampa səs verdilər, nədən Hilari Klinton deyil, məhz Donald Tramp seçildi?

Fikirləşirəm ki, seçicilər sadəcə, yenilik istəyirdi, Ağ Evdə yeni bir adam görmək istəyir, yeni söz eşitməyi arzulayırdılar.

Fikirləşirəm ki, seçicilər sadəcə, yenilik istəyirdi, Ağ Evdə yeni bir adam görmək istəyir, yeni söz eşitməyi arzulayırdılar.

Hətta bütün siyasi-iqtisadi göstəricilər yerində olanda belə politologiyadan yaxşı tanış olan sindrom baş verir: eyni bir partiya, eyni bir adam gec-tez insanları yorur. Çox güman ki, ABŞ seçkilərinin də taleyini bu sindrom həll etdi.

Fəqət, burada başqa detallar da var. Diqqət çəkən də odur ki, Trampın hakimiyyətə gəlişi ölkənin içindən də daha çox çölündə böyük narahatlıqla izlənir, halbuki o ölkənin içini də qarışdırmağa macal tapıb. Tibbi sığorta və miqrantlarla bağl “yenilik”lər hamıya yetərincə bəllidir – bir azacıq əvvəlki fikrimizlə kiçik ziddiyyət təşkil etsə də, bunu da qeyd etmək zorundayıq.

Amma biz Amerika vətəndaşı deyilik. Ona görə də orta statistik amerikalını ölkə içindəki nizam maraqlandırırsa, bizi daha çox dünya nizamı qayğılandırır.

Ötən il ABŞ-da seçkilər olarkən yazmışdım ki, Tramp seçilərsə, siyasət maraqlı olmağı vəd edir. Amma səmimi şəkildə etiraf edirəm ki, onun bu qədər “maraqlı” olacağını düşünmürdüm.

Hamıya bəlli detalları sadalamayacam. Təkcə onu deyəcəm ki, amerikalılar bu adamı yola salmaq haqqında daha ciddi düşünsələr heç də pis olmaz. Baxın, bir görün, nələr baş verir...

Tramp hələ də iddia edir ki, guya Federal Təhqiqatlar Xidmətinin rəhbəri hamının yanında etimadını itirmişdi. Di gəl, həmkarları da, bəzi partiyadaşları da deyirlər ki, bu adam yüksək peşəkar və etibarlı kadrdır. İndi nə edək? Durub bu qarmaqarışıqlıqda kimə inanaq?

Çoxu bu fikirdədir ki, Tramp izləri, bəli, Rusiya izlərini itirmək istəyir. Onun bu vurhavurda Serqey Lavrovu necə böyük təntənə ilə qarşılaması da deməyə əsas verir ki, artıq o da “bezib” və özü kimi olmaq, seçkilər vaxtı dediklərini etmək, əsl dostlarına üz tutmaq niyyətindədir.

Burada bir detal da var ki, gərəkdir, onu mütləq qeyd edim. Təsəvvür edin, amerikalı jurnalistlərə prezidentin kabinetindəki görüşü çəkməyə icazə vermirlər, amma rusiyalılara verirlər! Bunu hansı məntiqlə izah etmək olar?

ŞÜBHƏ EDƏNLƏRİN SAYI DURMADAN ARTIR...

Hakimiyyətin ilk yüz günü tamam olsa da Trampın xarici siyasət kursu hələ ki, məchul olaraq qalır. Bir daha deyirəm ki, görünür, bu Trampın özünü də bezdirir və o, əl-qolunu daha geniş açmağa çalışır.

Amma düşünmürəm ki, onun üçün asan olacaq. Demokratlar bir tərəfə, respublikaçılar özləri artıq Trampa qarşı “material” toplamaqdadırlar və böyük ehtimalla o, istədiyini edə bilməyəcək.

Amma düşünmürəm ki, onun üçün asan olacaq. Demokratlar bir tərəfə, respublikaçılar özləri artıq Trampa qarşı “material” toplamaqdadırlar və böyük ehtimalla o, istədiyini edə bilməyəcək.

Hələ yüz gün tamam olmamışdı ki, bir amerikalı politoloqun yazısını oxudum. Yazı bir növ Tramp cənablarına impiçment elan etmək üçün dəlillərin toplanmasına həsr edilmişdi. Təsadüfi deyil ki, bir müddətdir hamı Trampın yadına Nikson cənablarını salmağa çalışır. Mən bunu da bir tərəfə qoyuram və düşünmürəm ki, amerikalılar koreyalılardan geri bir cəmiyyətdir – Cənubi Koreyada prezidenti dəyişə bildilər. Təbii ki, biz deyə bilmərik ki, Tramp hansısa korrupsiya qalmaqalına bulaşıb, zira, Rusiya ilə ehtimal olunan əlaqələr ciddi şəkildə araşdırılsa kim bilir ortaya nələr çıxa bilər?

Artıq Senatda da Donald Trampın maliyyə sferasını, onun gəlirlərini və biznesini yoxlamaq təşəbbüsləri var. Görək, bütün bu proseslərin sonu necə olacaqdır...

Bu yaxınlarda o, ilk xarici səfərinə çıxdı. Nəticələr elə də pis deyil, təkcə Səudiyyə Ərəbistanı ilə imzalanmış müqavilələrin həcmi milyardlarla dollarla ölçülür. Amma Trampa qarşı ölkədə şübhəli bir münasibət hakim kəsilib və hamı onun hərəkətlərini bildiyi kimi təftiş etməyə çalışır.

Sorğular Trampın reytinqinin sistemli şəkildə aşağı düşdüyünü göstərir. Onun ilk xarici səfəri ərəfəsindəki reytinqi seçkilərdən bu tərəfə qeyd olunmuş ən aşağı həddə düşmüşdü...

BUNU TƏK TRANSMİLLİ ŞİRKƏTLƏR UYDURMAYIB

Amma məni tamam başqa məsələlər qayğılandırır. O da budur ki, bu qloballaşma deyilən tendensiya kimlərinsə – hansısa transmilli şirkətlərin və yaxud da böyük dövlətlərin uydurması, geosiyasi aləti deyil. İndi 21-ci əsrdir. Məsafələr kiçilib, normal halda dünyanın hər yerindən xəbər tuta bilirik. Bəli, “Dünya” deyilən kəlmə heç vaxt indiki kimi anlaşıqlı olmayıb və hamımızın ünvanına daha bir söz də əlavə olunubdur – Yer kürəsi...

... qətiyyən razı deyiləm ki, ABŞ kimi böyük dövlət qınına çəkilməlidir və yaxud da digər böyük dövlətlər başlarını aşağı salıb “öz işləri” ilə məşğul olmalıdırlar...

Ona görə də qətiyyən razı deyiləm ki, ABŞ kimi böyük dövlət qınına çəkilməlidir və yaxud da digər böyük dövlətlər başlarını aşağı salıb “öz işləri” ilə məşğul olmalıdırlar. Təsəvvür edin, dünyanın bir qütbündə hər şey qaydasında olur, amma haradasa, az qala, cırtdan ölkədə insanları asıb-kəsirlər! Bunu sakitcə seyr etmək olarmı?

Bəli, haradasa hakimiyyət kürsüsündən qopa bilməyən rəzil diktator hətta kimyəvi silaha da əl atır! Buna dözmək olarmı? Əgər dözürüksə və yaxud da dözürlərsə bu o demək deyilmi ki, əslində hamımız cəngəllik adamlarıyıq?..

O gün baxıram, Bəşər Əsəd deyir ki, bir-iki ilə ölkədə sabitlik yarada bilməsəm, o halda istefa verəcəm! Təsəvvür edirsinizmi, bu adamın hələ “xəbəri yoxdur” ki, artıq ölkəsi yoxdur. Bəli, Suriya çoxdan yoxdur və bunun birinci baiskarı da elə o, özüdür...

Ona görə də D.Tramp özünün şou-biznesinə, ABŞ da dünya siyasətinə qayıtsa yaxşı olar. Təbii, bunun qərarını yalnız amerikalılar verə bilər. Di gəl, adam heç cür inana bilmir ki, az qala, dünyanın ən ağıllı və istedadlı insanlarından təşkil olunan bir cəmiyyət bu dərəcədə eqoistləşə və özünə çəkilə bilər! Axı biz onlardan eşitmişik ki, milyardları təkcə eyş–işrətə və kötücələrin kötücələri üçün var-dövlət, sərvət toplamağa yox, həm də Hiqs bozonunu müşahidə etmək üçün adron kollayderi qurmağa və yaxud da ən uzaq qalaktika toplularında, Kainatın ucqarlarında nələr baş verdiyini bilmək üçün böyük radioteleskoplar tikməyə də xərcləmək olar! İndi nə olub? Amerikanı qoyub, durub necə və nə üçün yaşamağı Əsəd kimilərdən öyrənəkmi?

Bu sualların bitməsi üçün ABŞ-dakı “Trampiana” bitməlidir. Bu sözü də özüm uydurmuşam. Məktəb vaxtı bizdən soruşardular ki, “Leniniana” (bu sözlə Vladimir Leninə həsr edilmiş əsərləri nəzərdə tuturdular) silsiləsindən hansı əsərləri oxumusunuz?

Bunu xatırlayıb mən bir də bir özfəaliyyət yapdım – özümdən “Trapmiana” sözü uydurdum. ABŞ-dakı Trampla bağlı prosesi ifadə etmək üçün...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG