Keçid linkləri

Təcili xəbərlər

Samsung-un yeni ekranı uzana və qatlana bilir


Samsung şirkəti Los-Ancelesdə keçirilən Ekran Həftəsində bir neçə yeni ekran prototipini göstərib.

Bunların içərisində 9.1 düymlük OLED ekran seçilir. Ekranı döndərmək, qatlamaq, gərmək mümükündür. Digər elastik ekranlardan fərqli olaraq Samsung-un ekranı hər iki tərəfə qatlana bilir.

OLED ekrana toxunmaqla 12 mm-ə qədər uzatmaq olar. Bu zaman görüntünün keyfiyyəti dəyişmir. Sonra avtomatik olaraq ekran əvvəlki vəziyyətinə qayıdır.

Ekranın hansı məhsulda, necə istifadə olunacağı hələlik bilinmir. Şirkət bildirir ki, gələcəkdə geyilə bilən cihazlarda, əşyaların internetində, süni intellektli proqramlarda işlədilə bilər.

Samsung şirkəti elastik ekranların hazırlanması, istehsalıyla maraqlanan bir çox şirkətlərdən biridir. İnsanlar adi ekranlardan sıxıldığı üçün şirkətlər daha yenilikçi, həyəcanverici ekranlar hazırlamağa maraq göstərirlər.

Ən son yazılan

XS
SM
MD
LG