Keçid linkləri

Təcili xəbərlər

Amazon qurucusu Ayda yaşamaq istəyir


Amazon şirkətinin qurucusu Cef Bezos (Jeff Bezos) insanları Ayda yerləşdirmək fikrinə düşüb. O, bunun üçün Ayda daimi baza yaratmaq istəyir.

Bezos Seattle Uçuşlar Muzeyində uşaqların suallarını cavablandırarkən bu planından danışıb.

Onun sözlərinə görə, hazırda Yerdə əhalinin sayı durmadan artır və buna görə də, məskunlaşmaq üçün yeni ərazilər tapmaq lazımdır.

Bu məqsədlə Amazon qurucusu Blue Origin şirkətiylə Ayın bir qütbündə insanlar üçün daimi baza yaratmaq istəyir. Bezosun fikrinə görə, ən yaxşı yerlər donmuş su ehtiyatları olan qütblərdir, çünki buzları içməli suya, yanacaq üçün hidrogenə və nəfəs almaq üçün oksigenli havaya çevirmək olar.

Bezos deyib ki, əvvəlcə Aya müəyyən cihazlar göndərilməlidir və onların vasitəsilə Ayın səthini araşdırıb Yerə məlumat vermək olacaq.

Cef Bezos müxtəlif kosmik layihələr hazırlayan Blue Origin şirkətinə sahibdir. Bu layihələrin içərisində ağır raket New Glenn və New Shepard suborbital kosmik gəmisi var.

New Shepard sərnişinləri gələn ilin əvvəlində uçurmağa başlaya bilər. Bu gəmi kosmik turizm kimi suborbital kosmik sınaqlar üçün imkanlar yaradır.

“Mən milyonlarla insanın kosmosda yaşamağını, işləməyini görmək istəyirəm,” Bezos inamla bildirib.

Ən son yazılan

XS
SM
MD
LG