Keçid linkləri

Google və Facebook da daxil olmaqla ABŞ-ın ən iri İT şirkətləri ABŞ konqresinə müraciət ediblər ki, konqress internet istifadəçiləri haqda məlumat bazasının toplanması ilə bağlı qanunda müəyyən dəyişikliklər etsin.

Şirkətlər təklif edirlər ki, Milli Təhlükəsizlik Agentliyinin (MTA) səlahiyyətləri məhdudlaşdırılsın və onların fəaliyyəti nəzarət altına alınsın. Şirkətlər xüsusi xidmətin PRISM proqram təminatı vasitəsilə internet istifadəçiləri haqqında toplanılan məlumatların həcminin məhdudlaşdırılmasını da istəyirlər. Bundan başqa, konqresə ünvanlanan məktubda o da qeyd edilib ki, istifadəçilər haqqında olan məlumatların alınması ilə bağlı göndərilən sorğu “məhkəmə nəzarəti” ilə müşayiət olunsun.

Şəxsi məlumatların şifrə adı olan PRISM proqramı vasitəsilə toplandığını ilk dəfə Edvard Snouden (Edward Snowden) bildirib. Onun sözlərinə görə, ABŞ xüsusi xidmət orqanları bu proqram vasitəsilə kütləvi şəkildə internet istifadəçiləri haqda məlumat toplaya, video və fotolara baxa və göndərilən faylları izləyə bilirlər.

Konqresə ünvanlanan məktubu Facebook və Google-dan əlavə, Amazon, Cisco, Twitter, Microsoft, Airbnb, Dropbox, Uber, Lyft, Yahoo, Adobe, Evernote, LinkedIn, Mozilla, Pinterest, Snap, Reddit və başqa şirkətlər də imzalayıblar.

Sənin fikrin

Şərhləri göstər

Ən son yazılan

XS
SM
MD
LG