Keçid linkləri

Təcili xəbərlər

Adiləşən ağrılar


Saytlarda bir vətəndaşın “Bank Respublika” qarşısında özünü yandırması xəbəri var.

Kredit götürüb, ödəyə bilməyib. Qarşılığında evinin əlindən alınacağı deyilib.

Vətəndaş da çıxış yolu kimi özünü yandıraraq öldürmək yolu seçib.

Və mən bu xəbərin yayılldığı saytlarda, sosial şəbəkələrdə müzakirə olunan mövzulara göz atıram. Nəticə? Nəticə ürəkaçan deyil.

Və mən bu xəbərin yayılldığı saytlarda, sosial şəbəkələrdə müzakirə olunan mövzulara göz atıram.

Nəticə? Nəticə ürəkaçan deyil.

Məlum olaya reaksiya hardasa sıfır dərəcəsindədir.

Bu qədər bahalı və gərəksiz idman yarışlarının keçirildiyi ölkənin vətəndaşlarının niyə kredit bataqlığında boğulduğunu sorğulayanlar, hardasa “yox” deyəcəyimiz qədər azdır.

Həmin azlıq isə tanış üzlərdən, həmişə təpki göstərən, sorğulayan aktivistlərdən ibarətdir.

Mütləq çoxluq havaların hələ də düzəlməməsindən tutmuş ozon deşiyinin böyüməsinə, şimal qütbündəki buzlaqların əriməsinəcən dürlü-dürlü mövzularda yazır, müzakirə və mübahisə edir.

Səbəb cəmiyyətdə 4 il əvvəllə müqayisədə daha da dərinləşən, güclənən xof mühiti ilə bərabər, bizim problemlərə, əzablara, məhrumiyyətlərə çox tez uyğunlaşmaq, öyrəşmək qabiliyyətimizdədir.

Osa bir neçə il əvvəl çayxanası qanunsuz şəkildə əlindən alınan Qarabağ qazisinin Həmkarlar İttifaqları Konfederasiyasının binası qarşısında özünü yandırarkən insanların reaksiyasını xatırlayıram. Gündəmi uzun müddət bu mövzu məşğul etmişdi – haqlı olaraq!

Aradan hardasa 4 il keçib və artıq bu cür xəbərlər əvvəlki qədər əks-səda yaratmır, təpki, etiraz doğurmur?

Səbəb cəmiyyətdə 4 il əvvəllə müqayisədə daha da dərinləşən, güclənən xof mühiti ilə bərabər, bizim problemlərə, əzablara, məhrumiyyətlərə çox tez uyğunlaşmaq, öyrəşmək qabiliyyətimizdədir.

Qarabağ qazisinin özünü yandırmasının üstündən keçən bir neçə ildə üzləşdiyi problemlərə, elə təkcə kredit borcuna görə o qədər vətəndaş canına qıyıb ki!

İnternetdə kiçik bir axtarış aparın – qarşınıza saysız-hesabsız özünəqəsd xəbərləri çıxacaq.

Və anlaşılan odur ki, hər belə intihar xəbəri ilə mövzu bir az da adiləşir, bir az da sıradanlaşır.

Adamlar bu cür xəbərlərdə qeyri-adi, qorxulu, düşündürücü, əndişələnməli heç nə görməməyə başlayırlar.

Sanki bu intiharlar artıq bir normadır. Sanki bu tükürpədən hadisələr bizim ətrafımızda baş vermir.

Sanki bu intiharlar artıq bir normadır. Sanki bu tükürpədən hadisələr bizim ətrafımızda baş vermir. Sanki növbəti qurbanın özümüz, yaxud bir doğmamız, əzizimiz olmayacağına dair təminat verilib bizə. Sanki biz həmin faciələrdən sığortalanmışıq.

Görünür, unuduruq ki, toplum öz taleyi ilə birbaşa bağlı məsələlərə həssaslığını itirdikcə, başına gələn – gətirilən bəlaları adi qarşılamağa, norma kimi qəbul etməyə başladıqca, daha böyük əzablara, məhrumiyyətlərə də dəvət göndərmiş, “yaşıl işıq” yandırmış olur.

Belə bir məşhur söz var: “Sağalmayacaq xəstə yoxdur, sağalmaq istəməyən xəstə var”.

Bu deyimi, kiçik bir düzəlişlə hüquqsuzluq, ədalətsizlik, yoxsulluq içində çapalayan cəmiyyətlərə də şamil etmək olar: “Xilas olmayacaq toplum yoxdur, xilas olmaq istəməyən toplum var”.

Əgər bir ölkənin insanı o ölkədə baş verən hər bir əzablı, ağrılı hadisəyə sürətlə adaptasiya olur, uyğunlaşır, vərdiş edirsə, sorğulamaq, etiraz etmək, təpki vermək yerinə, bunu az qala norma kimi qarşılayırsa, bu artıq yalnız total xofla izah edilə bilməz.

Bu həm də xilas olmaq istəməməkdir.

Hətta bəlkə də düşdüyü vəziyyətdən şüuraltı məmnunluğun dışavurumudur.

Təxminən qulun qollarındakı zənciri sevməsi kimi bir şey.

Və sonda:

Vətəndaşın məhz "Bank Respublika" qarşısında özünü yandırmasına isə bir az da ölkəmizdə Respublika üsul-idarəsinin düşdüyü vəziyyətin kədərli simvolikası kimi baxmaq olar...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG