Keçid linkləri

Təcili xəbərlər

Dar cinslər sinir sistemini zədələyir


Bir çox həkimlər xəbərdarlıq edirlər ki, çox dar cins şalvar geyinmək sinir liflərinin və əzələ toxumalarının zədələnməsi ilə nəticələnə bilər. Sıxlıq dar cinslərin ən təhlükəli faktorlarından biridir. Parça ayaqları sıxır və davamlı şəkildə belə bir cinslərin istifadəsi qan dövranına problem yaradır. Sinir sonluqları sıxıldıqda bu, dəri örütüyünün keyiməsinə - “paresteziyaya” gətirib çıxarır.

Buna sübut “Journal of Neourology, Psychiatry and Neurosurgery” dərgisində yayımlanıb. Dərgidə yer alan məqalədə 35 yaşlı avstraliyalı qadın mütəmadi şəkildə dar cins geyinmənin onun üçün ayaqlarının şişməsi və əzalarının hissiyatını itirməsi ilə nəticələnib.

O, səfər əsnasında bir neçə saat ərzində dizi üstündə oturaraq şkafda pal-platarlarını yığışdırarkən bu hadisə baş verib. Qadının sözlərinə görə, həmin gün axşam radələrində o, ayaqlarını hiss etməyib və çətinliklə hərəkət edə bilib. O yıxılıb və bir neçə saat ayağa qalxa bilməyib. Qadını xəstəxanaya aparanadək onun ayaqları şişmiş olub, həkimlər qadının ayaqlarını azad etmək üçün şalvarı kəsib çıxarmaq məcburiyyətində qalıblar.

Həkimlərin sözlərinə görə, ayaqlarda qan dövranı ilə bağlı problem yaşanmayıb. Buna baxmayaraq, əzələlərin gücü zəifləyib və ayaqlar həkimlərin toxunuşuna reaksiya verməyib. Yalnız 4 gündən sonra qadın ayağa qalxa bilib.

Mütəxəssislər qeyd edirlər ki, bunun səbəbi sıxılma sindromudur ki, dar cinslər buna səbəb olub. Belə bir hal uzun zaman ərzində əzələlərin işemiyasında baş verir, nəticə etibarı ilə uzun zaman yaşanan sıxlıq yumşaq toxumaların sıxılması, əzalarda qan dövranının pozulması kimi hallar yaranır.

“Dizi üstə oturma dizlərdə sinirin sıxılması və baldır əzələlərinə qanın işləməsini pozub. Qan dövranı azaldıqda buna cavab olaraq baldır əzələləri şişərək bitişik tibial sinirləri sıxır və əzələlərdə qan dövranını dayandırır”, deyə məqalənin müəllifi Tomas Kimber (Thomas Kimber) qeyd edir.

Daha sonra isə əzələlərin təzyiqi yüksəlir, bu isə əzələləri və əzaları zədələyən toksinlərin toplanmasına səbəb olur.

Tibb əməkdaşlarının sözlərinə görə, bu, baş verən yeganə hadisə deyil: dar və beldən aşağı modelli cins geyinənlərdə oxşar hallar geniş yayılıb.

XS
SM
MD
LG