Keçid linkləri

Təcili xəbərlər

Maqnit qasırğaları gözlənilir: sağlamlığı necə qorumalı


Bu ilin iyun ayında bir neçə maqnit qasırğası gözlənilir.

Metereoloqlar xəbərdarlıq edirlər ki, günəş səthində aktivlik ən çox bu ayda olacaq. Xüsusilə, meteohəssas insanlar həmin günlərdə öz sağlamlıqlarına diqqət etməlidirlər.

Mütəxəssislər bildirirlər ki, may ayının 28-dən başlayaraq maqnit qasırğası aktuallaşır. Buna görə də, təmiz havada daha çox vaxt keçirmək, içki və siqaretdən uzaq durmaq məsləhət görülür.

Maqnit qasırğası təkcə meteohəssas insanlara təsir etmir. Günəşdəki aktivliklər ən sağlam insanlara da öz təsirini göstərə bilər.

Metereoloqlar 10, 11, 14, 15 iyun tarixlərinə diqqət etməyi məsləhət görürlər. Həmin günlər maqnit qasırğası ehtimalı var.

Mütəxəssislərin bu günlərdə sağlamlığı qorumaq üçün bəzi məsləhətləri var:

- Yağlı və duzlu qidalardan uzaq durun.

- Həmin günlər spirtli içkidən tamamilə imtina edin

- Fiziki aktivliyi minimuma endirin.

- Beyini həddən artıq yükləməkdən qaçın.

XS
SM
MD
LG