Formal da olsa sabah Parlament 2016-cı ilin dövlət büdcəsinin icrasına dair hesabatını səsverməyə çıxararacaq və qanun halında təsdiqləyəcək.
Ümid edirəm ki, orda olan media təmsilçilərindən kimsə Maliyyə Nazirliyinin, Hesablama Palatasının, ən azı Milli Məclisin iqtisadi siyasət komitəsinin rəhbərliyindən qarşılarına kimsə çıxsa, çox vacib sualları soruşa bilərlər.
Ümid edirəm ki, orda olan media təmsilçilərindən kimsə Maliyyə Nazirliyinin, Hesablama Palatasının, ən azı Milli Məclisin iqtisadi siyasət komitəsinin rəhbərliyindən qarşılarına kimsə çıxsa, çox vacib sualları soruşa bilərlər. 2016-cı ilin büdcə qanununda nəzərdə tutulmadığı halda il ərzində dövlət borclarının qaytralımasına dövlət büdcəsindən Təminat Fondu vasitəsilə 820 mln. manat vəsait ayırlıb. Həmin vəsaitin 137 mln. manatı dövlət şirkətlərinin (Azərsu, Azərenerji, Azərkosmos) xarici borclarının, yerdə qalan hissəsi isə dövlət şirkətlərinin Mərkəzi Banka olan daxili borclarının qaytarılmasına yönəldilib. Əsas suallar bunlardır: 1) dövlət büdcəsinin başqa xərc istiqamətlərindən vəsaitləri kəsib il ərzində Təminat Fondu vasitəsilə borcların ödənilməsinə yönəldərkən "Büdcə sistemi haqqında" qanunun konkret olaraq hansı maddəsinə istinad edilib? 2) Niyə Təminat Fonduna ayrılan vəsaitlər dövlət büdcəsinə dair hesabatda "borcların qaytarılması" maddəsində əks olunmur, həmin xərclərin qənaət edildiyi bölmələrdə (məsələn, sosial müdafiə) başqa ad altında göstərilir? 3) Təminat Fondunun idarə edilməsi qaydalarına (3.6 və 3.7-ci maddələr) görə, Fondun borcunu ödədiyi dövlət şirkətləri Maliyyə Nazirliyi ilə bağlanmış müqavilə əsasında həmin vəsaitləri Fonda bərpa etməlidirlər - müqavilələrə görə həmin vəsaitlər nə zamanadək qaytarılacaq.
Nəzərə alaq ki, 2016-cı ilin dövlət büdcəsində qanaət edilimiş 820 mln. manatla yanaşı Təminat Fondunun özünün əvvəlki illərdən də toplanmış 1.5 mlrd. manat yaxın vəsait olub. Bu vəsaitlərin də 1.2 mlrd. manatı borclara gedib. Nəticədə təkcə dövlət büdcəsinin Təminat Fondu vasitəsilə il ərzində 2 mlrd. manat borca vəsait yönəlib. Məlumat üçün deyim ki, bu məbləğlərin heç birinin Beynəlxalq Bank üçün ödənilən borclarla əlaqəsi yoxdur - bu da yerdə qalan dövlət şirkətləri ilə bağlı borc ödənişləridir.
Dövlət sektoru ölkənin maliyyə sistemini gerçəkdən çokdürür - islahat olacaqsa, vaxt itirimədən dövlət şirkətlərindən, ölkənin büdcə sisteminin menecmentindən başlamalıdır...
Dövlət sektoru ölkənin maliyyə sistemini gerçəkdən çokdürür - islahat olacaqsa, vaxt itirimədən dövlət şirkətlərindən, ölkənin büdcə sisteminin menecmentindən başlamalıdır...
Bir il ərzində büdcədən ödənilən borcların məbləği bununla da bitmir - "Ümumdövlət xidməti" bölməsindən Maliyyə Nazirliyi xarici dövlət borclarının qaytarılmasına 1.5 mlrd. manata qədər də vəsait yönəldib. Bu qədər borc yükünə 17 mlrd. manatlıq kiçik büdcə necə dözsün?
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.