RƏSMİ BAKININ ƏRƏB SAMMİTİNDƏ NƏ XOŞUNA GƏLDİ?
Bəlkə də ABŞ-ın prezidenti Donald Tramp “Ərəb – İslam – Amerika” sammitində başqa maraqlı fikirlər də demişdi. Amma Azərbaycanı bu sammitdə təmsil edənlərin daha çox Trampın “ABŞ daha müsəlman ölkələrinin daxili işinə qarışmayacaq” sözləri yadında qalmış, hətta xoşlarına da gəlmişdi.
Niyə görə müsəlman ölkərinə əlahiddə bir münasibət olmalıdır? Niyə görə bütün ölkələri daxili nöqsanlara görə tənqid etmək olar, amma müsəlman ölkələrini olmaz?
Bilirsiniz, niyə bunu yada saldım? Sadə bir səbəbdən. Niyə görə müsəlman ölkərinə əlahiddə bir münasibət olmalıdır? Niyə görə bütün ölkələri daxili nöqsanlara görə tənqid etmək olar, amma müsəlman ölkələrini olmaz?
Hələ ötən əsrin 80-ci illərindən bir siyasi prinsip diqqətimizi dərhal cəlb etmişdi. Bu da insan haqlarının universallığı və aliliyi prinsipi idi. Avropanın bütün institutları və inteqrasiya formatları həm də bu prinsip üzərində qurulub. Bundan irəli gələn təcrübi nəticə isə budur ki, insan haqları və demokratiya heç bir dövlətin “iç məsələsi” deyil.
Əslində Azərbaycan da formal olaraq, daha doğrusu, Avropa Şurasına üzv olarkən bu prinsipi qəbul etmişdi. Bəli, avropalı ekspertlərin monitorinq aparmaq üçün Bakıya gəlməsi, ölkənin Avropa İnsan Haqları Məhkəməsinin yurisdiksiyasını qəbul etməsi haradasa bunun təsdiqi idi.
Amma ölkəyə neft dollarları axmağa başlayandan və Azərbaycan hökuməti maliyyə cəhətdən özünü sərbəst hiss etməyə başlayandan sonra vəziyyət dəyişməyə başladı. Hakimiyyətin özəl siyasi maraqları daha çılpaq forma aldı, onun tənqidlərə və iradlara qarşı dözümsüzlüyü durmadan artmağa başladı.
İndi Azərbaycanın rəsmiləri sanki ölkənin Avropa Şurasının üzvü olmasının heç fərqində deyillər–Avropa Məhkəməsinin qərarları yerinə yetirilmir, ən kiçik iradlar belə böyük etirazla qarşılanır.
ƏSLİNDƏ BU SUALIN CAVABINI TRAMP VERMƏLİDİR
Bəli, bir daha deyirəm ki, vaxtlar vardı, “İnsan haqları və demokratiya məsələləri heç bir ölkənin daxili işi deyildir” sözləri daha sakit və anlaşıqla qarşılanır. Gəl, artıq o vaxtlar keçib və Azərbaycan rəsmiləri özlərini Avropa liderlərilə deyil, ərəb şeyxlərilə bir cərgədə daha rahat hiss edirlər.
Bircə onu demək yetər ki, Azərbaycanda da faktiki olaraq qeyri-rəsmi şəkildə avtoritar monarxiya bərqərar olub. Ona görə də burada insan haqlarından və ya demokratiyadan danışmaq artıq gülünc görünür.
Nə isə, bəlli şeyləri sadalamağa ehtiyac yoxdur. Bircə onu demək yetər ki, Azərbaycanda da faktiki olaraq qeyri-rəsmi şəkildə avtoritar monarxiya bərqərar olub. Ona görə də burada insan haqlarından və ya demokratiyadan danışmaq artıq gülünc görünür.
Amma əvvəldə qoyduğumuz sual – “Niyə müsəlman ölkələrinə əlahiddə münasibət olmalıdır?” sualı cavabsız qaldı. Doğrusu, biz də onun cavabını bilmirik. Ona görə ki, bu ölkələrin əlahiddəliyini əsaslandırmaq üçün nə qədər çalışsaq da, tutarlı arqument tapa bilmirik.
Əslində bu “sual”ın da cavabını Donald Tramp kimi siyasətçilər verməlidir. Amma onlar da ilk xarici səfərlərini ərəb monarxiyalarından başlamağa üstünlük verir, hətta böyük məmnuniyyətlə ərəb şeyxlərindən ordenlər də alırlar...
Bizə gəldikdə isə bunun adi bir siyasi spekulayasiya olduğunun fərqindəyik. Hətta İslam Həmrəyliyi oyunları keçiriləndə də ikili hiss məni ağuşuna almışdı. Bir tərədən düşünürdüm ki, qoy, müsəlmanların səsi terror və yaxud döyüş meydanlarından yox, idman salonlarından gəlsin. O biri tərəfdən bir sual rahatlıq vermirdi: niyə İslam Həmrəyliyi? Dünyada Xristian Həmrəyliyi və yaxud da Bütpərəst Həmrəyliyi oyunları keçirilirmi? Məsələ də ondadır ki, yoxdur belə şey...
Siyasi spesifikasına gəldikdə isə müsəman ölkələri adi avtoritar ölkələrdir, daha doğrusu, Asiya tipli avtoritar bir ölkələrdir və Asiyada olmaqları onların siyasi sisteminə bir az da artıq eybəcərliklər gətirir. Bəli, onlar “suveren demokratiya”dan, “məsuliyyətli demokratiya”dan danışmağı sevirlər.
Amma hətta bunu da heç də hamı etmir. Məsələn, Azərbaycan hakimiyyətinin təmsilçilərinin axırıncı dəfə nə vaxt demokratiyadan danışması artıq yadıma belə gəlmir...
DOĞRUDANMI BÖYÜK BİR DÖVR BİTDİ?
Bu sətirləri yazanda amerikalı politoloq Zbiqnev Bjezinskinin ölüm xəbəri yayılmışdı. Bu adam haqda siyasətlə maraqlananlar yetərincə məlumatlı olmalıdır. Mənim diqqətimi isə Rusiya telekanallarından birinin aparıcısının dediyi sözlər cəlb etdi: “Onunla birlikdə böyük bir dövr başa çatdı...”...
Amma bir daha deyirəm ki, Bjezinski ilk növbədə böyük sovetoloq idi və formal olaraq düşünmək olardı ki, sovetlər bitibsə daha “...logiya” və “...izm” kimi sonluqlara-şəkilçilərə da ehtiyac yoxdur...
Bəli, Bjezinski hər şeydən əvvəl sovetoloq idi. Təbii ki, bununla onun digər xidmətlərini və siyasi elmlərə verdiyi töhfəni kiçiltmək niyyətində deyiləm. Amma bir daha deyirəm ki, Bjezinski ilk növbədə böyük sovetoloq idi və formal olaraq düşünmək olardı ki, sovetlər bitibsə daha “...logiya” və “...izm” kimi sonluqlara-şəkilçilərə da ehtiyac yoxdur...
Amma doğrudanmı dövr bitib? Bax, bununla heç cür razılaşa bilmirəm. Ən azı ona görə ki, böyük SSRİ-nin yerində çoxlu sayda xırda avtoritar rejimlər bərqərar oldu. SSRİ-dən sonra Rusiyanın coğrafi ölçüləri bir az kiçildi, amma iddiaları kiçilmədi – bu ölkə yenidən böyük siyasi iddialara düşüb.
Elə bu səbəbdən də deyərdim ki, dövr hələ bitməyib, hələ bundan sonra da yeni-yeni Bjezinskilərə, yeni “İnsan haqları diplomatiyası”na ehtiyac olacaq.
Ən azı onun üçün ki, cırtdan diktatorların əlindən boğaza yığılan biçarə insanlar “Yağışdan çıxıb yağmura düşdük!” deyib böyük SSRİ-nin xiffətini çəkməsinlər...
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.