Keçid linkləri

Təcili xəbərlər

Yeraltı elektroavtobusun konsepti


İlon Maskın (Elon) sahib olduğu The Boring Company tıxaclarla mübarizədə tunel şəbəkəsinin tikintisi vasitəsilə sürücülərin getdikləri ünvana çatmalarını tezləşdirmək üzərində işləyir. Şirkət yaxında yaydığı video təqdimatda yeni konseptini nümayiş etdirib. Bu konseptə əsasən, kiçik üstüaçıq daşıyıcı vasitəsilə avtomobil və sürücüsü təyin edilən yerə çox qısa müddət ərzində çatdırıla biləcək. Təqdimatın sonunda ötən dəfə nümayiş etdirilən görüntülərdən fərqli olaraq, sözügedən nəqliyyat vasitəsinin detallı şəkildə təsviri də yer alıb.

Təqdim edilən konseptdə aydın görünür ki, yük və sərnişin daşıyıcı versiyası eynidir, sadəcə insanlar üçün nəzərdə tutulan kapsulun üzəri açıq yox, şüşə örtüyü ilə təchiz olunacaq.

Daha öncə Mask, mikroavtobusları da istehsal etməyi planlaşdırdığını qeyd etmişdi. Hazırda isə məhz bu kapsullar həmin o mikroavtobusları xatırladır. Ehtimal var ki, Tesla-da da sürətli platforma bazasında modul nəqliyyatın yaradılması haqda düşünürlər. Bu nəqliyyat vasitəsinin tonellərdə avtomobil, sərnişin və yük daşımasında istifadə olunacağı planlaşdırılır.

Maskın ideyasına görə, yeraltı platformalar saatda 200 km sürəti ilə hərəkət etməlidirlər.

Ən son yazılan

XS
SM
MD
LG