Keçid linkləri

Təcili xəbərlər

Nəhəng robotlar döyüşə hazırlaşır


Amerika şirkəti MegaBots nəhəng Megabot MK3 robotunun hazırlanmasını tamamlayıb. Robot Yapon şirkətinin hazırladığı Kuratas-la döyüş üçün nəzərdə tutulub.

Onun son versiyası “Maker Faire 2017” sərgisində nümayiş olunub. Robotun çəkisi 12 ton, hündürlüyü 4.9 metrdir. Onun hərəkəti üçün 430 at gücündə hidravlik motoru var. Sərgi zamanı o, sağ əliylə havaya, daha sonra avtomobilə bir neçə zərbə endirib.

Sərgidən hazırlanmış videoda robotun olduqca yavaş hərəkət etdiyi hiss olunur. Yaradıcıları bildirir ki, robotun bütün gücü ilk ictimai nümayişində qəsdən göstərilməyib. Onun sürətinin yalnız 25 faizi nümayiş olunub.

Megabot-un qurucuları hələ 2015-ci ildə Yapon şirkətinə mesaj verib. Megabot Kuratas-la döyüşə xüsusi hazırlanıb. Şirkət hələ 2015-ci ildə bu nəhəng robotun ikinci versiyasını hazırlamaq üçün 550 min dollar sərmayə toplamağa nail olub.

Sərgi zamanı onun hazırlanmasının müxtəlif mərhələlərini göstərən videolar da nümayiş olunub.

Ən son yazılan

XS
SM
MD
LG