Keçid linkləri

İNSANLAR BƏZƏN SADƏCƏ, YENİLİK İSTƏYİR

Yox, bu yazı qətiyyən Donald Trampla bağlı olmayacaq. Amma nə gizlədim, indiyədək bir sual mənə rahatlıq vermir: necə oldu ki, ötən il Hilari Klinton deyil, məhz Donald Tramp seçildi?

Əslində akademik politologiyanın metodlarında bütün sualların cavabı var. Bu aspektdən yanaşanda cavab aydındır: amerikalı seçicilər Ağ Evdə yeni adam görmək, yeni söz eşitmək istəyirdilər...

Əslində akademik politologiyanın metodlarında bütün sualların cavabı var. Bu aspektdən yanaşanda cavab aydındır: amerikalı seçicilər Ağ Evdə yeni adam görmək, yeni söz eşitmək istəyirdilər...

Təsadüfi deyil ki, bu fenomen Fransada son prezident seçkilərində də özünü göstərdi – seçki ölkənin ənənəvi siyasi çərçivələrindən kənara çıxdı və onu siyasətdə bir o qədər də “baş ağartmamış” və prosesə yeni bir siyasi qüvvə ilə atılmış gənc bir insan uddu.

Elə haqqında bəhs etmək istədiyim Türkiyədə də bir neçə illər bundan əvvəl belə olmuşdu. Birdən-birə ölkənin qos-qocaman partiyaları seçki sınağından keçmədi və siyasi səhnədə yeni adam – Rəcəb Tayyib Ərdoğan göründü və o, indiyədək inamla siyasi qələbələr silsiləsini davam etdirir.

Təbii ki, Ərdoğan güclü siyasi liderdir. Qarşısına qoyduğu məqsədlərə də çata bilir. Amma hər bir siyasi epopeyanın bir sonu olur. Elə bu səbəbdən də bəlkə də belə demək olardı ki, Ərdoğanın da siyasi uğurlarının pik dövrü artıq arxada qalıbdır. Deməli, lap yaxın dövrdə olmasa da, hər halda, onu da siyasi qürub gözləyir – güman ki, bunun elə də fantastik uzaqda olmadığını demək, düşünürük, tələskənlik olmaz.

BİR ADAMIN PARTİYASI

Fəqət, bizə elə gəlir, Ərdoğanın hələ daha bir siyasi uğuru olacaqdır, böyük ehtimalla o, ölkəni konstitusiyaya son düzəlişlərin imkan verdiyi böyük səlahiyyətlər çərçivəsində idarə edən ilk prezident də ola biləcək.

Kimsə deyə bilər ki, güman, AK partiya Ərdoğandan sonra da hakimiyyətdə qala biləcəkdir. Amma zənn etmirəm.

Kimsə deyə bilər ki, güman, AK partiya Ərdoğandan sonra da hakimiyyətdə qala biləcəkdir. Amma zənn etmirəm. Ona görə ki, bu partiya da ifrat bir dərəcədə personifikasiya olunmuş təşkilatdır və onun fonunda yalnız bir siyasi lider sezilir ki, o da Ərdoğandır.

Başqa bir kimsə isə görünmür. Yəqin ki, bu xüsusda oxucular da mənimlə razılaşar. Başqa bir siyasi lider varmı? Yoxsa haradasa lap Azərbaycanın baş nazirini xatırladan Binali Yıldırım bu perspektivə iddialı ola bilər? Etiraf edin ki, qətiyyən ciddi səslənmir...

ORTA SİNİF SİYASİ SÜZGƏC KİMİ

Təbii, soruşula bilər ki, bəs niyə birdən-birə Ərdoğan yada düşdü? Çox sadə səbəbdən: lap bu yaxınlarda onun partiyasına qayıdışı gerçəkləşdi.

... güman etmirik ki, yalnız bir hüquqi formalizm məsələsi idi bu. Yox, Türkiyə prezidenti siyasi yürüşünü hələki başa vurmaq niyyətində deyil.

Bunu adi hüquqi bir formalizmə əməl etmək cəhdi kimi də dəyərləndirmək olardı, çünki yeni düzəlişlər prezidentə partiya üzvü olmaq imkanı verir. Amma güman etmirik ki, yalnız bir hüquqi formalizm məsələsi idi bu. Yox, Türkiyə prezidenti siyasi yürüşünü hələki başa vurmaq niyyətində deyil.

Amma doğrusu, bir kənar müşahidəçi kimi o, məni yorubdur – hansı Türkiyə kanalını açırsan, Ərdoğan danışır! Az qala Azərbaycan televiziyalarını da geridə qoyublar. Ona görə də şəxsən mən Türkiyənin siyasi olimpində yeni lider görmək istəyirəm. Amma gəl, mənim istəyim heç nəyi həll etmir, hər şey Türkiyənin cəmiyyətindən asılıdır, onlar da Ərdoğandan yorulmalı və yeni lider arzulamalıdırlar.

Fəqət, bu, bir neçə amildən asılıdır. İnsanların yenilik görmək istəyilə bağlı əvvəldə bir-iki kəlmə yazdım. Başqa bir amil də vardır və ona elmi politologiyada çox önəm verilir. Bəli, hər şey cəmiyyətdəki orta sinfin, necə deyər, “qalınlığ”ından asılıdır.

Orta təbəqə, orta sinif güclü olanda cəmiyyət bir az mühafizəkarlaşır, çünki heç kim malik olduğu rahatlıqla risk etmək istəmir.

Əgər orta sinif möhkəm və güclüdürsə, o, bir növ ictimai – siyasi filtir rolunu oynamağa başlayır və “aşağı”dan gələn radikal ovqatı buraxmır. Orta təbəqə, orta sinif güclü olanda cəmiyyət bir az mühafizəkarlaşır, çünki heç kim malik olduğu rahatlıqla risk etmək istəmir.

Mən Türkiyədə hazırda orta sinfin nə qədər güclü olduğunu deyə bilmərəm. Ona görə ki, ölkənin sosial – iqtisadi göstəriciləri mənə elə də bəlli deyil. Amma bir şeyi bilirəm ki, Ərdoğan qələbələrinə hələ ki, inamla gedir – bu isə ictimai dəstək olmadan mümkün deyil. Hətta ötən ilin iyul hadisələri də göstərdi ki, cəmiyyət indiki sosial – siyasi konfiqurasiyanın dəyişməsini istəmir.

Deməli, bircə faktı qəbul etmək və onunla hesablaşmaq lazım gəlir – son vaxtlar Türkiyədə sosial-iqtisadi göstəricilər yaxşılaşıb və cəmiyyətin bir növ tarazlığını müəyyən edən orta təbəqə bir azacıq da güclənib və möhkəmliyini artırıb.

İNSANLARIN GÖZÜ DÖYƏNƏK OLANDA...

Bəs belə olan halda nə baş verir? Bu cür vəziyyətlərdə politologiya psixoloji və aksioloji amillərə diqqəti yönəldir. Bəli, siyasi partiyaların iqtisadi və sosial platformaları yaxın olanda önə etik meyarlar çıxır və insanlar siyasi liderlərin mənəvi keyfiyyətlərinə, onların sosial-siyasi reputasiyasına dana çox önəm verməyə başlayır.

Türkiyə bir tərəfə, oturuşmuş liberal bir ölkə olan ABŞ-da namizədlərin seçki platformaları bir görün nə qədər fərqlənir!

Hələki Türkiyə bu mərhələyə çatmayıbdır, burada siyasi platformalar, seçki vədləri hələki çox fərqlənir. Türkiyə bir tərəfə, oturuşmuş liberal bir ölkə olan ABŞ-da namizədlərin seçki platformaları bir görün nə qədər fərqlənir!

Elə bu səbəbdən meydana psixoloji amillər gəlir. İnsanlar yeni simalar üçün, yeni söz üçün darıxmağa başlayırlar və onların gözünü “döyənək” (bunu sərt siyasi sistemlərin insanları daha yaxşı bilir) etmiş siyasətçilərə bir gün “yox” deyirlər.

Burada məsələ həm də orta təbəqənin özünə nə qədər inamlı olmasından, bütövlükdə cəmiyyətin sosial-siyasi dayanaqlığından çox şey asılıdır. Ölkədə müəyyən iqtisadi – siyasi qaydalar oturuşubsa o halda bir siyasi liderə çox uzun müddətə bağlanmağın mənası yoxdur...

Qərəz, bütün bu aspektlərdən yanaşanda Ərdoğanın da siyasi qürubunun hələki uzaq işartılarından danışmaq olardı. Amma nəticələrlə tələsmək də lazım deyil. Böyük ehtimalla Türkiyə prezidenti siyasi olimpdə hələ bir müddət də sakin olacaqdır.

... Ərdoğanın özü tək gənc bir lider çıxır və insanlar da “qulaqları və gözləri döyənək etmiş” siyasət adamların yox, həmin gəncin ardınca gedirlər...

Fəqət, həyatda əbədilik heç nə yoxdur, elə bir gün yetişir ki, siyasi səhnəyə bir neçə illər bundan əvvəl olduğu kimi, Ərdoğanın özü tək gənc bir lider çıxır və insanlar da “qulaqları və gözləri döyənək etmiş” siyasət adamların yox, həmin gəncin ardınca gedirlər...

Böyük “siyasi staj”ı olanların buna reaksiyası müxtəlif cür olur. Bəziləri bu cür prosesləri öz ölkələrindən uzaqda, siyasi qaçqın kimi seyr etməli olurlar. Bəzilər isə U.Çerçill kimi “Bu demokratiyadır. Məgər biz bundan ötrü çalışmırdıqmı?” deyə bilirlər.

Ümid edək ki, Ərdoğan da məhz o sonunculardan – hakimiyyətdən də şərəflə getməyi bacaranlardan olacaq...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG