Kivi yuxusuzluqla mübarizədə kömək edə bilər. Gecə yuxusundan əvvəl kivi yemək insanı sakitləşdirir.
Tayvandakı TaiPei Tibb Universitetinin tədqiqatçıları kivinin yuxu üzərində təsirini incələyiblər. Nəticələr göstərib ki, kivi yuxunun keyfiyyətinin və miqdarının artırılmasında mühüm rol oynayır.
Araşdırmada 20-55 yaşlarında 22 qadın, iki kişi iştirak edib. Onlar dörd həftə ərzində yatmazdan 60 dəqiqə öncə iki ədəd kivi yeyiblər.
Tədqiqatın sonunda alimlər yuxuyla bağlı önəmli irəliləyişlər əldə ediblər. Könüllülər sürətlə yuxulayıb, yuxuya getmə vaxtı 35.4 faiz azalıb.
Yuxunun keyfiyyəti yüksəlib, yuxu müddəti 5.41 faiz artıb.
Araşdırmanın nəticəsində mütəxəssislər belə qənaətə gəliblər ki, yatmazdan 60 dəqiqə əvvəl iki ədəd kivi yemək tez yatmağa kömək edir və yuxu bir körpə yuxusu kimi dərin olur.
Kivinin unikal tərkibi beyini rahatlaşdıran serotonin istehsalını artırır. Eyni zamanda, bu meyvənin antioksidant təsiri var və yaşlanmadan qoruyur.
Araşdırmalar kivinin tənəffüs problemləri olan uşaqlar üçün də faydalı olduğunu göstərir.