Keçid linkləri

SpaceX yeni bir tarix yazdı. Adıçəkilən şirkət ilk dəfə olaraq orbitə yük gəmisini buraxıb. SpaceX Beynəlxalq Kosmik Stansiyası (BKS) üçün Kanaveral burnundan Falcon9 raket-daşıyıcısı ilə Dragon adını daşıyan yük gəmisini buraxıb. Bu haqda NASA-nın rəsmi Twitter səhifəsində qeyd edilib.

Şirkətin press relizində qeyd edilir ki, Dragon qida məhsulları və elmi təcrübələr üçün zəruri materiallar da daxil olmaqla BKS-ə 2.7 ton yük aparır.

Hal-hazırda Dragon orbitdədər, onun BKS-lə birləşməsi 5 iyun tarixində 10:00-da baş tutacaq.

İlk dəfə raketin buraxılması 2 iyun tarixinə planlaşdırılmışdı, lakin daha sonra bu tarix dəyişdirildi. Vaxtın dəyişdirilməsinə səbəb Florida ştatı Merritt adasında yerləşən Kennedi adına kosmodromda ildırımın çaxması olub.

İki ay öncə SpaceX daha bir uğura imza atmışdı. Şirkət təkrar istifadə edilmiş Falcon9 orbital raketini Kennedi Kosmik Mərkəzindən buraxımış və “Əlbəttə, məh hələ də səni sevirəm” adını daşıyan okean platformasında uğurla eniş etdirmişdi.

Sənin fikrin

Şərhləri göstər

Ən son yazılan

XS
SM
MD
LG