BioQuark şirkətinin alimləri beynin dirildilməsi ilə bağlı tədqiqatlara başlamağı planlaşdırırlar. Tədqiqatlar Latın Amerikasında baş tutacaq.
Amerikan mütəxəssislərinin sözlərinə görə, daha öncə insan beynini “diriltmək” üzərində aparılan tədqiqatlar bir sxem üzərində aparılıb. Şirkətin rəhbəri Ayra Pastor qeyd edir ki, sxemin ilk testlərindən sonra uğurun olacağı az ehtimal edilirdi, hazırda isə təcrübələr müxtəlif üsulla və bir neçə istiqamətdə aparılacaq. İndiki mərhələdə yalnız araşdırmaçı qrupa alimləri seçmək qalır.
Alimin sözlərinə görə, o, nəticə almağa hədəflənib, əsas məsələ – düzgün bir komandanı toplamaqdır.
Pastora görə, alimlərin reallaşdırmaq istədikləri bu təcrübə bir fərdin həyata qaytarılması yox, sadəcə düşüncə orqanının müəyyən funksiyalarını bərpa etməkdir. Alimlər buna nail olsalar, uğurlarını inkişaf etdirməyə hədəflənəcəklər.
Alimlər ölmüş bir insanın beyninin dirildilməsi ilə bağlı tədqiqatları 2015-ci ildə başlayıblar. Bunun üçün onlar eksperimentdə kök hüceyrələrini və zülal BQ-A-nı tətbiq etməyə cəhd göstərmişdilər.
Təcrübə Hindistanda, Rudrapur xəstəxanasında aparılmalı idi. Ekpserimenti kliniki ölüm keçirən xəstələr üzərində aparmaq planlaşdırılırdı. Lakin bu cür eksperimentlər rəsmilər tərəfindən qadağan edildi.
Latın Amerikası hakimiyyəti belə bir tədqiqatların aparılmasına icazə verib, lakin bu haqda aparılan danışıqlar son mərhələdə olsa da, hələ də davam edir. Mütəxəssislər bu yay artıq işə başlamağa hazırlaşırlar.
Buna baxmayaraq, bəzi alimlər də var ki, bu tədqiqatları “fantastik” adlandırır və təcrübəyə çox skeptik yanaşırlar.