Keçid linkləri

Təcili xəbərlər

İmmun terapiyası xərçəngin ən aqressiv formasına qalib gəlib


Metostatik üçqat neqativ döş xərçəngi mütəxəssislər tərəfindən süd vəzi xərçənginin ən ağır forması hesab edilir. O heç bir hormon terapiyasına tabe olmur və bütün bədənə yayılır. Bu xəstəlik çox nadir hallarda müalicə olunur. Ancaq alimlərin apardığı yeni təcrübələrin nəticələri çox ümidvericidir.

Nyu York Universitetinin Tibbi Onkologiya Birliyindən (NYU Medical Oncology Associates) olan alimlər süd vəzilərinin xərçəngindən əziyyət çəkən xəstələrin müalicəsi prosesində tamamilə yeni bir preparat kəşf ediblər. Pembrolizumab adlanan bu preparat üçqat neqativ süd vəzi xərçəngini məhv etməyə qadirdir. Alimlər preparatın təsirinin uzun müddət ərzində sabit qaldığını müəyyən ediblər.

Bu təcrübəyə süd vəzilərinin üçqat neqativ xərçəngindən əziyyət çəkən rekord sayda pasient cəlb edilib. Təcrübə nəticəsində məlum olub ki, sözügedən preparat şişin böyüməsinin qarşısını alır və pasientlərin ömrünü ciddi şəkildə uzadır. Alimlər preparatın təsirini daha yaxşı anlamaq üçün daha çox tədqiqata və sınaqlara ehtiyac olduğunu deyirlər. Bununla yanaşı ilkin nəticələr çox ümidvericidir.

Son zamanlar mokekulyar bioloqlar və həkimlər xərçəng, allergiya, diabet və hələlik sağalmaz sayılan bir sıra xəstəliklərin müalicəsi zamanı immun terapiyasına xüsusilə böyük ümidlər bəsləyirlər.

Yeni tapılmış dərman vasitəsinin tərkibində olan antitellər immun hüceyrələrinin üzərindəki xüsusi zülal qatını çıxararaq onları fəaliyyətə gətirir. Bu preparat ağ ciyər xərçəngi, melanoma və dəri xərçənginin digər növləri, habelə limfoma ilə mübarizə üçün yaradılıb. Bu antitellər bilavasitə şişin özünə deyil, immun hüceyrələrinə təsir göstərir. İmmun hüceyrələrin üzərini örtən xüsusi zülal qatı hüceyrələrin aqressivliyini məhdudlaşdırırmış. Bu dərman vasitəsi həmin zülal qayını hüceyrədən ayırmağa qadırdir. Alimlər bu preparatdan döş xərçənginin ən ağır və aqressiv formalarında istifadə etmək qərarına gəliblər.

Süd vəzi xərçəngi keçirmiş və bu xəstəlikdən uğurla qurtulmuş 1200 qadının iştirakı ilə aparılan araşdırma zamanı məlum olub ki, hamiləlik dövründə estrogen səviyyəsi həqiqətən də yüksəlir. Ancaq bu səviyyə "yatmış" xərçəng hüceyrələrini "oyatmaq" üçün kifayət deyir.

Araşdırmalar göstərir ki, sözegedən antitellər orqaznizmdəki şişlərin həcmini 30% azaltmağa qadirdir.

Keytruda adı ilə satışa çıxan Pembrolizumabın əsas üstünlüklərindən biri də onun qadın orqanizmi tərəfindən çox gözəl keçirilməsidir. Hərçənd, preparatın yorğunluq və başgicəllənmə kimi yan təsirləri qeydə alınıb.

Memorial Sloan Kettering xəstəxanası bildirir ki, üçqat neqativ döş xərçəngi döş xərəngindən əziyyət çəkən bütün pasientlərin 10- 15 faizini təşkil edir. Xəstəliyin bu forması estrogen, progesteron və HER2 hormonlarının reseptorlarının çatışmaması ilə xarakterizə olunur. Məhz bu səbəbdən bu xəstəlik hormon terapiyasına tabe olmur və buna görə də çətin müalicə olunur. Xərçəngin bu növünə tutulmuş qadınlar bir qayda olaraq xemoterapiya ilə müalicə olunurlar. Klinika həmçinin bildirir ki, döş xərmənginin bu formasından əziyyə çəkən qadınlarda gen mutasiyalarına daha çox rast gəlinir.

Tədqiqat qrupunun rəhbəri, Perlmutter adına Xərçəng mərkəzinin proessoru Sylvia Adams sözügedən araşdırmanın nəticələrini iyunun 3-də Amerika Kliniki Onkologiya Cəmiyyətinin Çikaqoda keçirilmiş illik yığıncağında təqdim edib. O bu çoxtərəfli araşdırmanın dörd qitədə yerləşən 17 tibb mərkəzində aparıldığını bildirib.

XS
SM
MD
LG