Keçid linkləri

Təcili xəbərlər

Tramp əminin müjdəsi


ÜRƏKLƏRƏ YAĞ KİMİ YAYILAN BƏYƏNAT

ABŞ prezidentinin bir müddət əvvəl Ərəblərlə görüşündə müsəlman ölkələrinə yönəlik siyasi kursu barədə səsləndirdiyi fikirlər bəziləri üçün göydəndüşmə oldu.

ABŞ prezidentinin bir müddət əvvəl Ərəblərlə görüşündə müsəlman ölkələrinə yönəlik siyasi kursu barədə səsləndirdiyi fikirlər bəziləri üçün göydəndüşmə oldu. Bu bəyənatdan ləzzət alan cırtdan diktatorlar üçün Trump qara buludlar arxasından doğan qızıl günəş kimi göründü. Onsuzda hakimiyyətə gəlişi kifayət qədər səs-küylü olan və oval ofisdə qalıb-qalmayacağı hələ dəqiqliklə bilinməyən Trump dolayı yolla diktatorların sevgisini qazandı.

İSLAM ÖLKƏSİYİKMİ?

Əcaib paradoks arasında qalmışıq. Televiziyalar bütün dövrlərin ən bərbad sözü olan multikulturalizm deyə-deyə Azərbaycanın nə müsəlman, nə yəhudi, nə də xristian ölkəsi olmadığını söyləyirlər. “Biz universalıq” deyirlər. Bütün bunları nəzər alaraq düşünürsən ki, bəsi niyə Trump “Müsəlman ölkələrinin işinə qarışmayacağıq” deyəndə sevincdən göz yaşları axıtdınız? Axı siz Müsəlman ölkəsi deyildiniz. Siz mutilkulturalizmi tərənnüm edən bir sistemin təəbələrisiniz. Olmaya ,”Su girdi qaba oldu içməli?”

BƏS BƏYƏNAT BAŞQA CÜR VERİLSƏYDİ?

Amma bir məqam da var ki, bəs birdən Trump desəyd ki, “ABŞ bundan sonra Diktatorların işinə qarışmayacaq” onda necə? Hə bax əsl vur çatlasın onda olardı...

Dünyada görünməmiş şeylər hər zaman baş verir. Uzaq başı bir qədər müzakirə olunur və yaddan çıxır. Amma hər zaman tarixin səhifələrinə keçir, yaxşı ya pis olmasından asılı olmayaraq. İndi belə bir məsələ var ki, müsəlman ölkələrinin işinə daha qarışılmayacaq və onsuzda heç kəsin vecinə olmayan insan hüquqları və bu qəbildən olan digər məqamlar tamam yaddan çıxacaq. Cəmiyyət və insanlar bir az da dişlərini damaqlarından çıxarıb başqasının damarından qanı soracaq. Amma bir məqam da var ki, bəs birdən Trump desəyd ki, “ABŞ bundan sonra Diktatorların işinə qarışmayacaq” onda necə? Hə bax əsl vur çatlasın onda olardı. Həyasızcasına bərbad fikirləri car çəkən KİV-lər, “Urrraaaaaa, Trump cənabları dedi ki, daha diktaruraların işinə qarışmayacaq” deyə bilərdimi? Yəqin ki yox. Axı belə desələr onda həm şiş yanardı, həm də kabab. Deməli nə sərf edirsə, həmin dəqiqə gün üzünüə çıxır.

ÜMİDİMİZ ƏBƏDİYYƏTİN OLMAMAĞINADIR

Şübhəsiz ki, ümid sonda ölür deyirlər. Və düz deyirlər. Ən güclü imperiya, ən sərt rejim, ən amansız təqib maşını belə bir gün dağılıb-tökülür. Çünki dünyada əbədiyyət deyə bir şey yoxdur. Ümidimiz tək bunadır. Trump hələlik ümidimizi öldürərək əlahəzrət diktatorlara müjdə versə də, onun özünün belə bir gün o kürsüdən enəcəyini və yerinə heç olmasa elementar təzyiq vasitələrindən istifadə edən birinin gələcəyini gözləyirik, ümidimiz var.

azıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG