Keçid linkləri

ABŞ ailimlərindən bir qrup yeni neyroşəbəkə yaradıb. Bu şəbəkə Facebook sosial şəbəkəsində edilən paylaşımları, laykları hesablayaraq yüksək dəqiqliklə istifadəçinin spirtli içki, narkotik və ya siqaret aludəçisi olub-olmadığını müəyyən edir.

Verilən məlumata görə, alimlər güman ediblər ki, sosial şəbəkədə paylaşılan post və layklar istifadəçilərin pis vərdişlərinə işarə edə bilər. Bu fərziyyəni yoxlamaq üçün alimlər, myPersonality psixoloji test proqramının 2007-ci ildən 2012-ci ilədək topladığı üç məlumat bazası üzərində təlimlənmiş maşın tədris alqoritmini tətbiq ediblər. Bu bazalardan birincisi – özündə 100 min Facebook istifadəçisinin 21 milyon qeydini, ikinci – 250 min istifadəçinin beş milyon laykını, üçüncü – sosial şəbəkədə 13,5 min istifadəçinin müxtəlif asılılıqları haqda informasiyanı toplayıb. Neyroşəbəkənin tədrisi üçün məlumatlar toplusu müxtəlif cür birləşdirilib.

Alqoritm testlərinin göstəricilərinə görə, neyroşəbəkə tədrisdən sonra insanların pis vərdişlərini əminliklə müəyyən etməyə müvəffəq olub. Məsələn, istifadəçinin siqaret aludəçisi olub-olmadığı ehtimalı 86 faiz dəqiqliklə, narkotik maddələr və ya spirtli içkilərin istifadəsi 84 və 81 faiz dəqiqliklə müəyyən edilir.

Bununla yanaşı alimlər sosial şəbəkədə yerləşdirilən postların tərkibinin, istifadəçilərin maraqları və müxtəlif növ asılılıqların nisbəti haqda da məlumat veriblər. Məsələn, alqoritmin tətbiqi onu göstərib ki, içən və yaxud siqaret çəkən istifadəçilər tez-tez hərəkətlə bağlı sözlərdən (“maşın” və ya “getmək”) istifadə edirlər. Narkotik asılılığı olan istifadəçilər isə qəzəbə aid olan (“nifrət”, “öldürmək”) və sağlamlığa aid olan sözlərdən (“xəstəxana”, “həblər”) istifadə ediblər. Tədqiqat onu da müəyyən edib ki, içki içən istifadəçilər “V – vendetta deməkdir” filmini, narkomanlar isə Radiohead, The Cure və Depeche Mode qruplarının ifa etdikləri mahnıları daha çox sevirlər.

Daha öncə Facebook da belə bir alqoritm buraxıb. Bu alqoritm isə istifadəçilərin risk zonasında və intihar etmə ehtimalını müəyyən edir. Facebook tərəfindən tətbiq edilən və özündə süni intellekt elementlərini daşıyan alətlər istifadəçilərin paylaşımlarından və həmçinin onların dostlarının paylaşımlarına yazdıqları şərhlərdən də intihara meylli olub-olmadığını aşkar edir.

Sənin fikrin

Şərhləri göstər

Ən son yazılan

XS
SM
MD
LG