Keçid linkləri

Təcili xəbərlər

Yeniyetmələrin dərs oxuma probleminin səbəbləri


Kaliforniyada yerləşən Berkli universiteti mütəxəssislərinin araşdırmalarına görə, cinsi yetkinləşmə prosesi tədris prosesinə mane olur. Hazırda bu dönəmin stressə görə daha tez baş verdiyini qeyd edərək, piylənmə epidemiyasını və müxtəlif ətraf təsirlər də nəzərə alınsa, məktəbdə şagirdlərin performans statistikasının get-gedə daha da pisləşdiyi bildirilir. Alın korteksində sinir əlaqələri (tədrisə, diqqətə və davranış tənzimlənməsinə cavab verir) hormonların təsiri altında dəyişir.

Bunu dişi siçanlar üzərində aparılan təcrübələr sübut edib. Ümumilikdə tədrisin bəzi formalarında elastiklik itir. Alimlər cinsi yetkinlik dönəmini yaşayan siçanın alın korteksində beyin hüceyrələrinin elektrik aktivliyini araşdırıblar. Mütəxəssislər aşkar ediblər ki, beynin plastikliyinə cavab verən sinaptik fəallıq əhəmiyyətli dərəcədə dəyişilib. Cinsi yetişkənlik dövrünə çatmayan siçanlarla müqayisədə üzərində təcrübə aparılan siçanlara yeni dəyişikliklərə uyğunlaşmaq daha çətin olub.

Sirr deyil ki, yaşlılara nisbətən uşaqların beyni daha plastik olur. Məhz buna görə, onlara bir neçə dili öyrənmək daha asan olur. Cinsi yetkinlik dövründən sonra da tədris prosesi davam etməsinə baxmayaraq, yeniyetmələr daha sonra artıq sosial tədrisə və yaşıdları ilə münsaibətə daha çox fokuslanırlar. Alimlərin sözlərinə görə, bu normal haldır. Problemlər hormonlar səbəbindən qızlarda erkən, 7-8 yaşlarında başlayan cinsi yetişkənlikdə baş verə bilər.

XS
SM
MD
LG