Keçid linkləri

Təcili xəbərlər

Tək alətin çəkic olanda, hamı sənə mismar kimi görünür


Sivil dünyada nəğdsiz, kartla ödənişlər artıq bir normaya, həyat tərzinə çevrilib. İllərlə bunun alt yapısı yaradılıb, təşviqlər təklif olunub, vərdişlər formalaşdırılıb. Amma bu zorla, qadağalarla edilməyib, stimullaşdırma ilə cəmiyyətə aşılanıb.

Heç özlərinə sual vermirlər ki, məsələn, təqaüdçü kartına pul düşən kimi niyə həmən bankomata qaçır, pulunu nəğdləşdirir, sonra marketə gedib alış-veriş edir. Çünki vətəndaş kartla alver etməyi bilmir, buna öyrəşməyib, həm də nə hökumətə, nə bank sisteminə güvəni də yoxdur...

Bizdə isə hökumət ancaq qadağalar yolu ilə, zorla, cərimələrlə bu işi görmək istəyir. Hökumətin əlində alətlərdən ancaq "çəkic" var deyə, hamını "mismar" kimi görür. Əslində nəğdsiz ödənişlərin nə alt yapısı var, nə vətəndaşın davranış və vərdiş dəyişiklikləri var, amma zorla nəğdsiz ödənişləri tədbiq edirlər. Heç özlərinə sual vermirlər ki, məsələn, təqaüdçü kartına pul düşən kimi niyə həmən bankomata qaçır, pulunu nəğdləşdirir, sonra marketə gedib alış-veriş edir. Çünki vətəndaş kartla alver etməyi bilmir, buna öyrəşməyib, həm də nə hökumətə, nə bank sisteminə güvəni də yoxdur, həmən pulunu nəğd cibində istəyir. Əgər kartla alver edərkən kassa çekinin nömrəsi avtomatik loteriya biletinə çevrilsə, hər ay hökumət o çek nömrələrinə görə lotoreya keçirib minlərlə hədiyyə dağıtsa, insanlarda nəğdsiz alış-verişə maraq yaranar. Amma bizim hökumət hələ də sovetlərdə olduğu kimi insanı idarə etməyə çalışır, halbuki ən uğurlu yol insanın özünü deyil də, marağını idarə etməkdir.

Fiziki və hüquqi şəxslərə hesablarından nəğd pul çıxartmağa qoyulan qadağalar Ana Yasanı pozur, o pul vətəndaşın Şəxsi Mülkiyyətidir, mülkiyyət hüququnu isə ancaq məhkəmə məhdudlaşdıra bilər. Bu absurd qadağalar həm də biznes mühitinə mənfi təsir göstərir.

Dünən daha bir mənasız qərar müzakirəyə açıldı - turist şirkətləri bütün əməliyyatları nəğdsiz etməlidirlər. Bu şirkətlərə ziyan vuracaq, dövriyyələrini azaldacaq, işlək olmayan qərar olacaq.

Qalstuklu müəllimlər anlamır ki, ancaq "qamçı" ilə biznesi, vətəndaşı idarə etmək olmaz, arada "kökə" də verməlidilər...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG