Keçid linkləri

Təcili xəbərlər

Tək çarə


Azərbaycanda repressiyaların yeni və misli görünməmiş mərhələsi başlayıb. Hakim rejim hətta mühacirətdəki tənqidçilərinin varlığına belə, dözməmək, onları qanunsuz, dünya çaplı skandala çevriləcək şəkildə ölkəyə gətirmək prosesinə start verib.

stər-istəməz sual yaranır: bir halda ki, ölkədə söz, ifadə və sərbəst toplaşmaq azadlığı tamamilə boğulub, toplumda heç bir canlanma, qaynarlıq hiss olunmur, elə isə ölkədə fərqli fikirliliyin, tənqidçiliyin olub-qalan rüşeymlərini də məhv etmək niyə bu qədər vacib olub?!

İstər-istəməz sual yaranır: bir halda ki, ölkədə söz, ifadə və sərbəst toplaşmaq azadlığı tamamilə boğulub, vətəndaş cəmiyyəti və müxalif partiyalar yerlə-yeksan edilərək, Mədain xarabalığına çevrilib, siyasi durğunluq pik nöqtəyə çatıb, toplumda heç bir canlanma, qaynarlıq hiss olunmur, elə isə ölkədə fərqli fikirliliyin, tənqidçiliyin olub-qalan rüşeymlərini də məhv etmək niyə bu qədər vacib olub?!

Versiyalar müxtəlifdir: kiminə görə, bu, 2018-ci ildəki prezident seçkilərinə hazırlığın bir parçasıdır, bununla, hakim rejim tamamilə rəqabətsiz, başağrısız bir seçki prosesinə tədarük görür. Şəxsən mənə bir o qədər ağlabatan gəlmir. Ən azı 2010-cu ildən üzü bu yana keçirilən seçkilərə baxdıqda (hansı ki, onda az-çox müxalif tribunalar da, vətəndaş cəmiyyəti inistitutları da vardı...) gələn ilki “seçki” adlı farsın hakim rejimin istədiyi kimi keçməsində problem görünmür.

Kiminə görə də ölkədə günbəgün dərinləşən sosial-iqtisadi böhran rejimi erkən, önləyici tədbirlər görməyə, cəmiyyətdə “boltları” daha da möhkəmləndirməyə, xof mühitini daha da gücləndirməyə məcbur edir. Ola bilər. Bu daha real versiya kimi görünür.

... hər nə qədər yeni repressiya dalğasının “qurbanlarının” həbsini, digər formalarda cəzalandırılmasını qeyri-siyasi addımlar kimi təqdim etsələr də, çox keçmədən, “xoruzun quyruğu” görünür.

Hakim rejim yanlıları isə sözlərinin başında hər nə qədər yeni repressiya dalğasının “qurbanlarının” həbsini, digər formalarda cəzalandırılmasını qeyri-siyasi addımlar, sadəcə, “hüquq dövlətinin gərəyi” kimi təqdim etsələr də, çox keçmədən, “xoruzun quyruğu” görünür. Onlar bu dəfə həmin addımların “Azərbaycanı hansısa daxili və xarici təhlükələrdən qorumağa hesablanmış tədbirlər” olmasından bəhs edirlər.

Osa dəfələrlə yazmışıq, başağrısı olmasın, bir daha təkrarlamaqda fayda var: yaşadığımız çağda heç bir ölkəyə hüquq dövləti olmaqdan, demokratik dəyərlərdən zərrəcə zərər gələ bilməz. Tam əksinə, bu gün bir ölkə kimi gəlişməyin, yüksəlməyin, modern dünyanın bir parçasına çevrilməyin tək yolu insan hüquq və azadlıqlarının meydanını genişləndirməkdir. Ədaləti bərqərar etmək, idarəçilikdə ancaq qanunların aliliyinə güvənmək, şəffaflığı, hesabatlılığı üstün meyara çevirmək, siyasi alternativlərə, tənqidçi səslərə, fərqli fikirlərə nəinki dözümlü yanaşmaq, hətta onların topluma çıxışı və yayılması üçün imkanlar tanımaqdır.

Unudulmamlıdır ki:

21-ci əsrdə bir ölkəyə ən böyük təhlükə o ölkədə milli iradənin yoxluğudur. Insanların seçib-seçilmək hüququnun əlindən alınmasıdır. Bir nəfərin iradəsinin milli iradənin üzərində dayanmasıdır.

21-ci əsrdə bir ölkəyə ən böyük siyasi və ideoloji təhlükə fərqliliklərə nifrət bəslənilməsi, hər kəsdən eyni cür düşünməsinin, davranmasının tələb olunmasıdır.

21-ci əsrdə bir ölkəyə ən böyük siyasi və ideoloji təhlükə fərqliliklərə nifrət bəslənilməsi, hər kəsdən eyni cür düşünməsinin, davranmasının tələb olunmasıdır.

21-ci əsrdə bir ölkəyə ən böyük təhlükə qanunların kağız parçasına, məhkəmələrin məzhəkələrə çevrilməsidir, siyasi sifarişlə, siyasi göstərişlə qərarlar qəbul etməsidir.

21-ci əsrdə bir ölkəyə ən böyük təhlükə siyasi intiqam duyğusunun idarəetmə normativi kimi qəbul olunması, siyasi və ideoloji müxtəlifliklərin, rəngarəngliklərin qondarma ittihamlarla boğulması, alternativ, müxalif fikirlərə qarşı işgəncə, repressiya maşınının işə salınması, fərqli danışan dillərin qıfıllanması, fərqli yazan əllərin qandallanmasıdır.

21-ci əsrdə bir ölkəyə ən böyük təhlükə insanların öz bilik və bacarıqlarına görə deyil, yaltaqlıq, çəpik çalmaq qabiliyyətlərinə görə qiymətləndirilməsi, önə çəkilməsi, karyera və komfort fürsəti əldə etməsidir.

21-ci əsrdə bir ölkəyə ən böyük təhlükə pulun yeganə dəyər ölçüsünə çevrilməsi, mənəvi olan hər şeyin dəyərsizləşdirilməsi, maddiyyatın həlledici və alternativsiz güc rolunu oynamasıdır.

21-ci əsrdə bir ölkəyə ən böyük təhlükə pulun yeganə dəyər ölçüsünə çevrilməsi, mənəvi olan hər şeyin dəyərsizləşdirilməsi, maddiyyatın həlledici və alternativsiz güc rolunu oynamasıdır.

21-ci əsrdə ən böyük təhlükə kültürsüzlükdür, kitabsızlıqdır. Kitabxanaların kababxanalara çevrilməsidir. Sənətin saraya məhkum edilməsidir. Mədəniyyətin partiya və hökumət işinin vintciyi, təkərciyi kimi qəbul olunmasıdır. Zopanın zəkanı, biləyin beyini, əzələnin əqli üstələməsidir.

21-ci əsrdə bir ölkəyə ən böyük təhlükə səhiyyə deyilincə ağıla həkim terrorunun, müəllim deyilincə göz önünə seçki saxtakarlığının gəlməsidir.

Və sair və ilaxır.

Əslində bəs deyincə davam edə bilərdim. Amma bu qədər də kifayətdir. Əgər 99 il öncə türk və müsəlman Şərqinin ilk Respublikasını qurmuş, demokratiyanın rüşeymlərini əkmiş bu Vətən torpağının şanını bir daha yüksəltmək, bütün dünyaya göstərmək istəyiriksə, başqa yolumuz yoxdur.

Tək çarə demokratiyaya inanmaq və sığınmaqdır.

Hansı düşüncəni, hansı ideyanı daşımağımızdan asılı olmayaraq, ortaq qurtuluşumuz budur.

Hətta bəzən və bəzilərinə bunu qəbul etmək nə qədər müşkül, mümkünsüz gəlsə də...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG