Keçid linkləri

Təcili xəbərlər

Sükan arxasında telefonla danışmağın təhlükəsi


Sükan arxasında mobil telefonla danışmağın sürücünün fikrini yayındırdığını hamımız bilirik. Ancaq, Iowa Universitetinin tədqiqatçılarının yeni araşdırması sadə bir danışığın belə beyinin diqqəti yola cəmləşdirməsinə necə mane olduğunu üzə çıxarıb.

Tədqiqatçılar sükan arxasında mobil telefonla danışan iştirakçıları incələyiblər. Nəticədə məlum olub ki, bu zaman qavrama yavaşlayır.

Eksperiment zamanı iştirakçıların bir qrupuna hə-yox cavabı tələb edən suallar verilib və göz hərəkətləri izlənilib. Məlum olub ki, sualları cavablayanlar ekrandakı obyektə gözlərini yönəltmək üçün sual verilməyənlərə nisbətən ikiqat vaxt sərf ediblər.

“Sükan arxasında telefonla danışarkən diqqətiniz yavaşlayır və bu o qədər sürətlə baş verir ki, hiss etmirsiniz,” tədqiqatçılardan professor Şon Vesera (Shaun Vecera) bildirib.

Gecikmə 40 millisaniyə olduğu üçün uzun görünməyə bilər. Ancaq, beyinin diqqətini bir şeydən ayırıb başqa bir şeyə yönləndirməsi uzun çəkir.

Bundan öncəki araşdırmalar da göstərir ki, sükan arxasında mobil telefonla danışmaq görmə sahəsini daraldır və tunel görüntüsünə bənzər bir effekt yaradır.

Ən son yazılan

XS
SM
MD
LG