Keçid linkləri

DÜZ SUAL CAVABIN YARISIDIR

Prezident Donald Trampa və ABŞ-ın son dönəmlərdəki siyasətinə çox diqqət ayırmağımız təəccüblü də görünə bilər. Amma bu yanlış təəssüratdır. ABŞ-ı bir lider dövlət kimi təhlil etməyimizin səbəbi buna alışmmağımız deyil. Yox, burada elə bir məsələ təftiş olunur ki, o, istər-istəməz irili-xırdalı bütün dövlətlərin insanlarını maraqlandırır. Söhbət son yarım əsrdə formalaşmış trans-kontinental təhlükəsizlik və əməkdaşlıq arxitekturasından gedir.

Qoca və Yeni dünya arasında siyasət vektorları necə düzüləcək? ABŞ öz qlobal geosiyasi missiyasından əl çəkəcək, yoxsa proses daha təkmil bir forma alacaq?

Qoca və Yeni dünya arasında siyasət vektorları necə düzüləcək? ABŞ öz qlobal geosiyasi missiyasından əl çəkəcək, yoxsa proses daha təkmil bir forma alacaq?

Bir sözlə, suallar və yenə də suallar... O suallar ki, biz heç də onlara tamam doğru-dürüst cavab verməyə qadir deyilik. Sadəcə, hamı kimi biz də başa düşməyə və anladıqlarımızı başqaları ilə bölüşməyə çalışırıq.

Hələ Aristotel deyirdi ki, doğru qoyulmuş sual ən azı cavabın yarısı deməkdir. Elə öz cəhdimizdə də ilk növbədə buna çalışırıq və düşünürük ki, bəlkə suallar bizi doğru səmtə çıxara bildi...

HƏTTA FUKUYAMA DANIŞMAĞA BAŞLADI

Qərəz, ABŞ-la Avropa arasında yaranmış son ziddiyyətlər Frensis Fukuyama kimi politoloqu da danışmağa vadar etdi. Bəlkə də bunun özü daha bir böyük dönəmin müjdəsidir. Sosialist düşərgəsi çökmək ərəfəsində Frensis Fukuyama ona dünya şöhrəti gətirən “Tarixin sonu” məqaləsini yazmışdı. Sonradan sosialist düşərgəsi çökdü və bu yazı da ayrıca bir əsərə çevrildi...

...əvvəl hamı güman edirdi ki, ABŞ prezidentinin ölkədə səsləndirdiyi fikirlər, sosial şəbəkələrdə bölüşdüyü məqamlar onun Avropa liderlərilə birbaşa görüşündə yeni konturlar alacaq, Qoca və Yeni Dünya arasında anlaşma yaranacaq.

Mən Donald Trampın ABŞ-ın dünyadakı rolu ilə bağlı fikirləri haqqında çox yazmışam. Amma əvvəl hamı güman edirdi ki, ABŞ prezidentinin ölkədə səsləndirdiyi fikirlər, sosial şəbəkələrdə bölüşdüyü məqamlar onun Avropa liderlərilə birbaşa görüşündə yeni konturlar alacaq, Qoca və Yeni Dünya arasında anlaşma yaranacaq.

Amma heç buna oxşamır. Ziddiyyətlər dərinləşir, hətta Avropa özünün ilk müstəqil siyasətini qurmağa və kontinentə yeni siyasi lider çıxarmağa iddialı görünür.

Tramp nə deyir? Bu adamın dediklərində müəyyən məntiq var. O, bəzi məsələlərdə ilk baxışda hətta haqlı da görünür. Artıq indi İkinci dünya müharibəsindən sonrakı dövr deyil. Avropa ölkələri varlanıb, qüdrətli dövlətlərə çevriliblər. Ona görə də təhlükəsizliklə bağlı xərclərin mühüm hissəsini öz üzərlərinə götürməlidirlər.

Fəqət, dərindən baxanda görürsən ki, məsələ tək bunda da deyildir. Belə təsəvvür yaranır ki, son yarım əsrdə formalaşmış transkontinental gesosiyasi arxitekturaya yenidən baxmağa cəhd edilir. Tramp biri-birinin ardınca ölkəsini qlobal əməkdaşlıq formatlarından çıxarır.

Elə ona görə də sual yaranır: doğrudanmı, son yarım əsrdə formalaşmış transkontinental geosiyasi arxitekturaya yenidən baxmaq zərurəti var?..

HEÇ KALİFORNİYA QƏDƏR DƏ...

Mənə qalsa, düşünmürəm ki, buna ehtiyac var. Xüsusən də Rusiyanın geosiyasi ambisiyalarının dirçəldiyi vaxtda belə zərurət bir qədər gülünc də görünür. Düzdür, bu yaxınlarda rusiyalı iqtisadçılar özləri çox maraqlı müqayisə aparmışdılar. Məlum olur ki, Rusiyanın bütün iqtisadiyyatı tək Kaliforniyanın iqtisadiyyatı qədər də deyildir!..

...təkcə hərbi büdcəsi Rusiyanın total büdcəsindən düz iki dəfə artıq olan ABŞ-ın Rusiyanı bir o qədər də dəyərləndirməməsi təbii deyilmi?

Ona görə də ilk baxışda ABŞ-ın Rusiya amilinə bir qədər yüngül formada yanaşması təbii görünür. O səbəbdən ki, təkcə hərbi büdcəsi Rusiyanın total büdcəsindən düz iki dəfə artıq olan ABŞ-ın Rusiyanı bir o qədər də dəyərləndirməməsi təbii deyilmi?

Amma Rusiyanın nüvə başlıqları var və onların sayına görə bu ölkə dünyada ikinci yerdədir. Elə bu səbəbdən arxayınlaşmaq üçün də elə bir ciddi motiv yoxdur. Bizə elə gəlir ki, Trampın siyasi davranışının özəlliyi həm də onun biznes adamı olması ilə bağlıdı. Biznes çox ciddi sahədir və bu sferanın adamları kifayət qədər ağıllı və tədbirli olurlar. Amma ki, bütün hallarda biznes siyasət deyildir. Siyasət tamam başqa bir sferadır. Elə bu səbəbdən də bəzi məqamlarda Tramp biznes adamı kimi haqlı görünsə də siyasət adamı kimi qətiyyən haqlı deyildir.

İndi qlobal geosiyasi formatların əsas maliyyə yükünü ABŞ-ın çəkməsində bir məntiq də vardır – bu ölkə dünya lideridir. Ona görə də onun özünü hətta Almaniya ilə bir cərgəyə qoyması, olsa-olsa, ironik gülüş doğura bilər – Almaniya nəinki dünyada, hətta NATO-da belə ABŞ-a bədabər deyil...

Bu yaxınlarda vəfat etmiş Zbiqnev Bjezinski ABŞ-ın geostrateji hədəflərindən və missiyasından çox yazırdı. Bütün bunlar isə reallıqda bir politoloqun təxəyyülünün məhsulu deyildi, bir növ gerçəklikdi. Həm də burada bircə məqamı xüsusilə qeyd etmək istərdik. Qloballaşma təkcə hansısa böyük – transmilli şirkətlərin uydurması deyil, 21-ci əsrin labüd çağırışlarındadır və nəhəng dövlətlərin qlobal missiyaya can atması bir növ təbiidir.

Ağ Evdə biznes adamı oturub. Bu adam geosiyasi və siyasi liderliyin gətirdiyi iqtisadi dividendləri hesablamağı bacarmır. Elə buna görə də çox böyük səhvlərə yol verir.

Qərəz, Ağ Evdə biznes adamı oturub. Bu adam geosiyasi və siyasi liderliyin gətirdiyi iqtisadi dividendləri hesablamağı bacarmır. Elə buna görə də çox böyük səhvlərə yol verir. Bu səhvlər isə son əlli ildə dünyada bərqərar olmuş münasibətləri heç edə bilər.

Bəlkə də bizim ABŞ-ın öz liderliyini saxlamasını istəməyimiz bir qədər təəccüblü də görünə bilər. Amma H.Kissincerin təbirincə yanaşsaq, bu dünyada hələki böyük geosiyasi gücləri balanslaşdırmaqdan savayı bir yol görünmür. Bir daha deyirəm ki, Rusiya yenə böyük geosiyasi ambisiya və planlarla yaşayır. Elə Almaniya da ən azı kontinental liderliyə iddialı görünür. Belə bir halda, ABŞ-ın öz “qınına çəkilməsi” nə qədər məqsədə və məntiqə uyğun olardı. Etiraf edin ki, bu elə də məntiqli görünmür və Trampın biznes təfəkkürü kiçik miqyaslarda nə qədər effektli görünsə də böyük siyasət baxımından ən azı gülünclükdür...

AZƏRBAYCAN NİYƏ GÜRCÜSTANA YARDIM EDİR?

Elə mənim də bu konteksdə Azərbaycandan nümunə gətirmək istəyim heç yerinə düşmür. Ən azı ona görə ki, şəxsən mənim də ABŞ-ın siyasi çabalarını izləməyim daha çox onunla bağlıdır ki, mən də bir suala cavab axtarıram: görən, Azərbaycan necə olacaq? Bu kiçik avtoritar ölkə bir gün dönüb lap əməlli-başlı monarxiya olmayacaq ki?

Azərbaycanın Gürcüstana yardım etməsini, ona ucuz qaz satmasını yada salmaq istərdim. Bəli, biznes təfəkkürü sarıdan qətiyyən məntiqli deyil bu: belə bir siyasi filantropiya kiçik Azərbaycanın nəyinə lazımdır ki?

Amma indi tamam başqa məsələni qeyd etmək istəyirəm. Əvvəldə ərz etdim ki, bəlkə də siyasətçi Trampa biznesmen Tramp mane olur. Elə bu səbəbdən də illərdir ki, Azərbaycanın Gürcüstana yardım etməsini, ona ucuz qaz satmasını yada salmaq istərdim. Bəli, biznes təfəkkürü sarıdan qətiyyən məntiqli deyil bu: belə bir siyasi filantropiya kiçik Azərbaycanın nəyinə lazımdır ki?

Amma məsələ də bundadır ki, lazımdır, özü də çox lazımdır. Təsadüfi deyil ki, rusiyalı strateqlər dəfələrlə deyiblər ki, Azərbaycana toxunmaq lazım deyil, yetər ki, Gürcüstan götürülsün, ertəsi gün Bakı rəsmiləri düz Kremlin darvazaları önündə növbə tutaqcaqlar....

Nə demək olar? Onlar müəyyən mənada haqlıdırlar. Gürcüstanın Azərbaycan üçün çox böyük önəmi var. Ona görə də burada adi biznes hesabından daha çox siyasi hesaba ehtiyac var.

Müqayisə və ya nümunə bir azacıq yerinə düşməsə də istərdik ki, Donald Tramp da hər şeyi tək biznes hesabı ilə ölçməsin, çünki siyasət hesabı deyilən predmet də var...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG