Keçid linkləri

Təcili xəbərlər

Valideynlərlə eyni otaqda yatan körpələr yuxu itirir


Körpəni öz otaqlarında yatızdıran valideynlərin yuxusuz qaldığı məlumdur. Yeni araşdırma bu durumun körpənin yuxusuna da təsirsiz qalmadığını göstərir.

Pediatriya jurnalında dərc olunan araşdırmaya görə, altı aylığından sonra valideynləri ilə eyni otaqda yatan körpələr yuxularınım orta hesabla 40 dəqiqəsini itirir. Eyni zamanda, onların aqressivlik və piylənmə riski də var.

Tədqiqata 230 ana-körpə cütlüyü qatılıb. Öz otaqlarında yatan doqquz aylıq körpələr orta hesabla 10 saat yarım yatıblar. Valideynləri ilə yatan doqquz aylıq körpələrdə isə bu vaxt 9 saat 47 dəqiqə olub. Həmin valideynlər gecə boyu körpələri yatızdırmaq üçün 4 qat çox öz yataqlarına alıb yedizdiriblər. Mütəxəssislər buna səbəb kimi uşaqların gecə bəslənməyə vərdiş etdiklərini göstərirlər. Bu vərdiş onlarda 2 yaş yarıma qədər qalıb və təxminən 45 dəqiqə az yatıblar.

Körpələrin yuxusuzluğu onlarda emosionallıq və davranış pozğunluğuna gətirib çıxara bilər.

Tədqiqatçılar valideynlərə altı ayından sonra körpələri ayrı otaqda yatızdırmağı, yatmazdan öncə qidalandırmağı məsləhət görürlər.

Amerikan Pediatriya Akademiyası isə ani uşaq ölümlərinin qarşısını almaq üçün körpələrin bir yaşınadək valideynləri ilə eyni otaqda, ayrı yataqda yatmalarını tövsiyə edib.

XS
SM
MD
LG