Keçid linkləri

Təcili xəbərlər

Təyyarəyə sənədsiz minmək olacaq


ABŞ-ın bir neçə hava limanında artıq iyul ayının sonundan insan üzünü tanıyan sistemlərin sınaqlarına start veriləcək. Təcrübənin təşəbbüskarı olan JetBlue Airways şirkətinin sərnişinlərinə isə göyərtəyə keçmək üçün pasport və ya digər sənədlər də lazım olmayacaq. Çünki yeni sistemə sərnişinlərin üzlərinə baxmaq kifayət edəcək ki, onları təhlükəsizlik xidmətlərinin məlumat bazasında yoxlasın və uçuşa qeydiyyat aparsın. Bu layihəni reallaşdırmaq üçün JetBlue Airways gömrük xidməti və ABŞ sərhəd patrulu ilə əməkdaşlıq edəcək. Layihənin texniki tərəfinə isə SITA şirkəti cavab berir.

Yeni sistemin işi məlumat bazasında saxlanılan fotoşəkillə sərnişinin üzünün tutuşdurulmasından ibarətdir. Sistemin ilk işini Bostondan Arubaya səyahət eədəcək sərnişinlər sınaqdan keçirəcəklər. Bu proqramda iştirak etmək üçün sərnişinlərin öncədən qeydiyyatdan keçməyə və ya hər hansı bir digər sənədi təqdim etmələrinə ehtiyac olmayacaq. İnsanı tanıma prosesində sərnişin sadəcə quraşdırılmış kameranın önündə dayanacaq. Kamera isə anında sərnişinin üzünü skan edib onu məlumat bazasında yoxlayacaq. Sərnişin proqramdakı iştirakından imtina etdiyi halda, onun adi qayda ilə təyyarənin göyərtəsinə keçmək seçimi olacaq.

Təbii ki, proqram yaradıcıları hər şeyin ideal qaydada gedəcəyini gözləmirlər. Yeni proqram hələ ki tam olaraq işlənilməyib, və onun daimi istismarı üçün hələ ki, müəyyən bir müddət tələb ediləcək. Məhz bu səbəbdən hava limanının təhlükəsizlik əməkdaşları sistemin işini nəzarət altında saxlayacaqlar və sərnişinlər tərəfindən ediləcək tənqid və ya iradları dinləyəcəklər.

Ən son yazılan

XS
SM
MD
LG