Keçid linkləri

Təcili xəbərlər

Canavarlarda “ədalət hissi” var


Alimlərin fikrincə, yüksək ədalət hissi itlərdə insanların onları əhliləşdirməsi nəticəsində yaranıb. Lakin Avstriya mütəxəssislərinin müəyyən etdiklərinə görə, itlərin əcdadları olan canavarlarda da bu hisslər mövcuddur. İtlərdə müəyyən “insani” hisslərin mövcud olması çoxdan müəyyən edilib, lakin canavarlar da bu hissi aşkarlamaq üçün verilən tapşırığı yerinə yetirirlərmiş. Məhz ona görə, mütəxəssislər düşünürlər ki, genetik səviyyədə bu hiss onlarda doğuşdan var. Cüt canavarlar üzərində də bir sıra tədqiqatlar aparılıb.

Tədqiqatlar onu göstərib ki, canavarlar bu və ya digər tapşırığı mükafat verilməsə belə yerinə yetirirlər. Lakin digər canavarlara verilən mükafatın həcmi böyük olursa, yırtıcılar tapşırığı yerinə yetirməkdən boyun qaçırırlar. Canavarlar həmçinin vəd edilən mükafatın həcmini az görərkən də davam etməkdən imtina ediblər.

Tədqiqat canavarlar arasında olan ierarxiyanın da vacibliyini sübut edib. Təcrübədə daha yüksək pillədə dayanan canavarlar eksperiment prosesində daha səbirsiz olublar. Təcrübəni aparan alimlərdən biri Cenifer Esler (Jennifer Essler) qeyd edir ki, bərabərsizliyi hiss etmək bacarığı heyvanların verilən komandalardan imtina etməsi ilə müəyyən edilib.

Alimlərin spzlərinə görə, heyvanlar zəngdən kənara çəkildikdə və ya 10 dəfə deyilən komandanı yerinə yetirmədikdə bu onun təcrübə sessiyasından imtina etməsi və onun dayandırlması ilə yekunlaşıb.

Ən son yazılan

XS
SM
MD
LG