Keçid linkləri

Çin şirkətinin hazırladığı süni intellektli robot riyaziyyatdan universitetə qəbul imahanından keçməyi bacarıb.

İmtahan Sıçuan əyalətinin Çendu şəhərində texnoparkda keçirilib. Süni intellektli maşın iki saatlıq imtahanı 22 dəqiqəyə bitirib və 150 baldan 105-ni qazanıb. Suallar və süni intellektin cavabları iri bir ekranda göstərilib.

Hündür, qara bir qutu formasında olan süni intellektli maşına başqa versiyada riyaziyyat testləri də verilib. Bu dəfə süni intellekt sualları 10 dəqiqəyə bitirib və nəticə 150 baldan 100 olub.

Çinin nüfuzlu universitetlərinə qəbul olmaq üçün 140 və ya daha çox bal toplamaq lazımdır. Bununla belə, maşının nəticələri abituriyentlərin yarısının nəticəsindən yuxarıdır.

Robot 2014-cü ildə Zhunxingyunxue şirkəti tərəfindən hazırlanıb.

Şirkətin icraçı direktoru Lin Hui maşının gələn il məntiqi fikir yürütmə və kompüter alqoritmləri ilə bağlı göstəricilərini daha da artıracağına, nəticənin 130 bala çatacağına ümid edir.

Növbəti illərdə digər fənnlər üçün də robotun başqa versiyaları hazırlanacaq.

Sənin fikrin

Şərhləri göstər

Ən son yazılan

XS
SM
MD
LG