İctimai nəqliyyatda da sürücüsüz dövr başlayır.
Çində sürücüsüz qatar-avtobus tanıdılıb. Nəqliyyat vasitəsini CRRC şirkəti hazırlayıb.
ART (The Autonomous Rail Rapid Transit) adlanan vasitə qatarla avtobus və ya tramvay arasında bir nəqliyyatdır. ART avtobus kimi yolla gedir, ancaq müəyyən bir zolaqla hərəkət edir. Bir qatar kimi modulyardır, sərnişin sayından asılı olaraq vaqon artırmaq və ya azaltmaq olar. Hər vaqon təxminən 100 sərnişin tutur.
Qatar-avtobus sürücüsüz çalışsa da, hələlik təhlükəsizlik üçün bir sürücü oturub nəzarət edir. Nəqliyyat vasitəsi küçədə çəkilmiş bir cüt bəyaz xətt boyunca hərəkət edir, maneələrin aradan qaldırılması üçün sensorlarla təchiz olunub.
ART elektriklə çalışır, 10 dəqiqə enerji yığmaqla 15 mil məsafə qət edə bilir.
Layihənin məqsədi metro və tramvay xəttləri inşa etmək üçün maliyyəsi olmayan şəhərləri qənaətcil bir ictimai nəqliyyat vasitəsiylə təmin etməkdir. ART-ın xərcləri avtobus qədər olsa da, hibrid olduğu üçün daha etibarlıdır və daha çox insanı daşıya bilir.
Qatar-avtobusun ilk bəyaz xəttləri Zuhzou şəhərində hazırlanır, 2018-ci ildə tam fəaliyyətə başlaması gözlənilir.