Keçid linkləri

Ötən il kibercinayətkarlar bütün dünya miqyasında xüsusi proqramlar vasitəsilə 1 milyard dollara yaxın pul əldə ediblər.

Analitiklərin hesablamalarına görə, itirilmiş fayllara yenidən girişin bərpa edilməsinin qiyməti 0,5-5 bitkoin (təxminən 1,3-13 min ABŞ dolları) təşkil edib. 31 faiz hallarda isə şirkətlər ya qiymətli məlumatları bidəfəlik itiriblər, və ya məlumat bazasının böyük hissəsinə girişi bərpa edə bilməyiblər.

“Kasperski Laboratoriyası” şirkətinin nümayəndəsinin sözlərinə görə, kibercinayətkarların səyləri nəticəsində hücuma məruz qalan və qiymətli fayllarını itirən şirkətlərin yenidən onlara pul ödəyib fayllarına girişi bərpa etdirməklə, kibercinayət iqtisadiyyatı daha da möhkəmlənmiş olur. Şirkət nümayəndəsi onu da qeyd edir ki, elə təkcə Rusiyada hücuma məruz qalan şirkətlərin 15 faizi kibercinayətkarlara pul verərək fayllarını bərpa edə biliblər.

Acronis şirkətinin direktoru Aleksandr İvanyukun sözlərinə görə, ümumilikdə Rusiyada şirfrələmə proqramlarına yoluxma hallarının sayı bir ay ərzində on minlərlə olur. Bu isə şirkətlərin ya köhnə kompüter və ya pirat proqram təminatından istifadə etməsilə bağlı olur. Bununla yanaşı kibercinayətkarların çoxu Rusiya ilə əlaqəli olur, onların üçdə iki hissəsi rus köklərinə bağlıdır.

Trend Micro analitiklərinin fikrincə isə şirkətlərin sənaye sistemi idarəsi də daxil olmaqla kritik infrastruktulara hədəflənəcəyi ehtimal edilir.

Dünyaya səs salan belə bir hücum bu ilin may ayında WannaCry virusunun yayıldığı zaman oldu. Nəticədə 150-dən çox ölkədə şirkətlərə, dövlət orqanlarına və adi insanlara məxsus yüz minlərlə kompüterlərə zərər toxundu. Rusiyada bu virusa DİN, Meqafon, Rusiya Dəmiryolları kimi orqanlara məxsus avadanlıqlar sıradan çıxdı.

Sənin fikrin

Şərhləri göstər

Ən son yazılan

XS
SM
MD
LG