Keçid linkləri

İngiltərə alimləri müəyyən ediblər ki, aclıq beynin qocalmasının qarşısını almağa qadirdir. Belə bir nəticəyə alimlər laborator gəmiricilər üzərində keçirdikləri təcrübədən sonra gəliblər.

Əgər bir neçə saat ərzində orqanizmə qida daxil olmursa, orqanizmdə bu zaman aclıq hormonu, qreylinin hasilatı baş verir. Bu proses sinir sistemi hüceyrələrinin bərpasına və inkişafına səbəb olur və nəticədə beyin qocalma prosesinin qarşısı alınır.

Alimlər qeyd edirlər ki, qreylin hormonunun hasilatı orqanizmdə məhz mədə-bağırsaq traktının qida yükü altında qalmadığı bir zamanda baş verir. Bu proses zamanı insana qidalanmanı xatırladan iştah yaranır.

Svansi universitetinin alimi Cefri Devisə (Jeffrey Davies) görə, beynin orqanizmə ötürdüyü aclıq siqnalından əlavə, qreylin beynin hüceyrələrini böyüdərək koqnitiv bacarıqları stimulyasia edir və yaddaşı da möhkəmləndirir: “Ən azından gəmiricilərdə bu proses belə müşahidə edilir”.

Təcrübə çərçivəsində alimlər inyeksiya vasitəsi ilə gəmiricilərə qreylin hormonunu yeridiblər. Alimlər bildirirlər ki, heyvanların beyin işinin fəallığı müşahidə edilib. Gəmiricilər verilən testlərdən uğurla keçərək tədris prosesində də yüksək qabiliyyət nümayiş etdiriblər.

Mütəxəssislər hesab edirlər ki, qreylin hormonunun xüsusiyyətləri ilə bağlı əldə edilən yeniliklər hazırda müalicəsi olmayan Parkinson xəstəliyinə qarşı dərmanın hazırlanmasında yardımçı ola bilər.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG