Keçid linkləri

Təcili xəbərlər

Uşağı tərifləməyin düzgün yolları


Uşaq böyütmək, onu düzgün tərbiyələndirmək asan iş deyil. Bu işdə gənc valideynlərə kömək olmaq üçün ekspertlər bir sıra tövsiyələr hazırlayıblar.

Sevgini göstərməyin əsas üsullarından biri tərifdir. Hər uşaq fərqləndirilimək, öyülmək istəyir. Laqeydlik gördükdə onlar dəyərli olmadıqlarını düşünə bilərlər. Lakin aşırı tərif də məsləhət görülmür.

Uşağı təkcə uğurlarına görə deyil, həm də hələ nəticəsiz olan cəhdlərinə görə öymək tövsiyə olunur. Bu hal onların inkişafı üçün güclü motivasiya olur və gələcəkdə daha artığına nail olmağa çalışırlar.

Mütəxəssislər uşağı heç vaxt başqaları ilə müqayisə etməməyi məsləhət görürlər. Bunun yerinə, onun ən kiçik uğurunu belə qabartmaq lazımdır. Uşaq bir fərd olduğunu hiss etməlidir.

Tərifin səmimi olmağı da önəmli amildir. Çünki, uşaqlar ana, atalarının səslərindəki süniliyi tez hiss edirlər. Əgər ana yorğun və xəstədirsə, və emosialarını ifadə edə bilmirsə, bunu övladına dürüstcə etiraf etməlidir.

Uşaq bir şeyi qırıbsa, onunla birlikdə qırıqları toplamaq, onun köməyinin vacib olduğunu bildirmək lazımdır.

Bütün yaxşı şeylərə-toplanmış yatağa, təmizlənmiş oyuncaqlara, dərslərin hazırlanmasına görə uşağı tərifləmək tövsiyə olunur. Bir uşaq cəhdlərinin fərq edildiyini bilməlidir. Yaxşı şeylərə görə qiymətləndirilmədikdə, onlar pis şeylərlə diqqət çəkməyə çalışacaqlar.

XS
SM
MD
LG