Keçid linkləri

Rusiya dünyada sərvəti saya-hesaba gəlməyən dövlətlərdən deyərdim ki, birincisidir. Düzü bu dövlətin yer altı və yerüstü sərvətlərinin rəqəmlə ifadəsi yadımdan çıxıb amma trilyonlardan söhbət getdiyi şübhəsizdir. Lakin işin bədbəxtliyi ondadır ki, bu boyda sərvətin qarşısında Rusiya gözünü dikib qonşu dövlətlərin cibinə. Müxtəlif təzyiq vasitələri, lokal savaşlar, dövlətləri quduz it kimi bir-birinə qırdırmaq şimal qonşumuzun ən sevdiyi məşğuliyyətidir. Təbii ki, bütün bunlardan xeyir görən bir təbəqə varsa, o da Kreml divarları arxasında oturanlardır. Lakin, necə deyərlər, hər şeyin bir sonu var. Şadlıq günlərində masanın üstündə yanan şamların işığı okeanın o tayından gələn tufanın təsiri ilə söndü. Kreml artıq isinməyə işıq tapa bilmir. Şadlıq günləri sona çatıb.

Qaranlıq günlər yaxınlaşıb-əslində isə artıq başlayıb

KİV-lərdə əvvəllər Rusiyada heç vaxt mitinq və ya kütləvi etirazların olduğunu görməmişdik. Sonuncu dəfə belə bir şey olanda Çar zirzəmidə ailəsi ilə birgə güllələnib, meyiti də süngü-bıçağa keçirilmişdi. O günlər qaranlıq günlər idi. Romanovlar xalqın nifrətini qazanmış, öz ölüm fərmanlarını imzalamışdılar. İndi də eyni proseslər gedir. Burjuaziyanı əvəz edən elita Kremlin isti otaqlarında oturub qədəh toqquşduraraq çöldə soyuqdan donan və aclıqdan nə edəcəyini bilməyən insanların qəzəbi haqda düşünmür. Bəlkə də düşünür. Lakin dəhşətin miqyasını anlamaqda çətinlik çəkir. Axı Rusiya elitasının sadəcə adı elitadır. Əslində isə onlar Sovetdən qalma və toplama-çıxmadan başqa bir şey bilməyən cahil toplusudur. Məgər Rusiyanın ətrafında olan müharibə ocaqlarının səbəbkarı onlar deyilmi? Ağıllı dövlət ətrafında müharibə istəməz. Rusiya isə istəyir. Çünki cahildir. Lakin ədalət şimşəyi mütləq onların da başında çaxacaq.

Navalnı-nın çəkici

Çoxları Rusyada siyasi məsələlər üstündə həyatını itirib. Ən sonuncusu Boris Nemtsov idi. İndi isə yeni biri peyda olub. Aleksandr Navalnıy. Düzdü onun nə qədər irəli gedəcəyini deyə bilmərəm, amma o, zəif nöqtəni tapıb. Navalnıy yaxşı bilir ki, Rusyada gənc nəsil işsizlikdən dolayı tüfeyli həyat sürür. Cibdə pul yox, təhsil yox. Belə bir kütlənin sükanını asanlıqla çevirib Kreml divarlarına buldozer əvəzi istiqamətləndirmək olar. Deməli Navalnının çəkici artıq işə yarayır. Kreml divarları çat verir. Bir çox şəhərlərdə baş verən kütləvi ixtişaşlar da buna misaldır. Şər imperiyası bir dəfə çökdü. Varisi də mütləq çökəcək.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG