Keçid linkləri

Facebook sosial şəbəkəsi istifadəçilərin emosiyalarnı oxuyan texnologiyanı patentləşdirib. Qlobal şəbəkədə artıq bu xəbərə məzəli memlərlə Zukerberqin fotosu və “Böyük qardaş səni izləyir” imzası ilə reaksiya verilib. Bu proqram əsasında istifadəçinin hər hansı bir vaxtda olan əhvalı anında müəyyən ediləcək.

Facebook bunu süni intellekt vasitəsilə edəcək: istifadəçi tərəfindən yazılan mətnin yazılma sürəti və istifadə edilən smaylların sayı ilə. Ümumilikdə isə bu yenilik belə görünəcək: klavişlərin basılma gücü və sürəti, yazılan hərflərin ölçüsünün dəyişdirilmə tezliyi, istifadə edilən smayllar və onların xüsusiyyətləri də analiz edilərək istifadəçinin emosiyalarını əks etdirəcək. Ola bilsin ki, personal avadanlıqda mimikanı izləməyə imkan verən veb-kamera da istifadə edilsin.

Facebook artıq “elektron psixoloq” patentini əldə edib. Müəyyən məhsullar yalnız “əhvala uyğun” olsa nümayiş etdiriləcək.

Belə bir yenilik o anlama da gələ bilər ki, istifadəçilərin məxfiliyinə artıq son qoyulacaq. Lakin Facebook-un mətbuat xidmətindən Forbes veb-səhifəsinə bildirilib ki, bunun realda da tətbiq edilib-edilməyəcəyi hələ ki, məlum deyil: “Facebook həmişə tətbiq etmədiyi texnologiyalar patenti axtarışındadır. Ona görə də bu patentlərin bizim gələcək planlarımıza bir işarə kimi qəbul etmək lazım deyil”.

Bundan başqa, məşhur sosial şəbəkə hələ ki, yeniliklərin tanıtım prosesini ilk olaraq istifadəçilərə təklif etdiyinə istinad edərək bu texnologiyanın tətbiq edildiyini təsdiq etməyib. Bir həftə ərzində sosial şəbəkə istifadəçilərə pozitiv və neqativ publikasiyalar nümayiş etdirib, nəticədə isə şirkət açıqcasına etik qaydalara riayət etməməkdə və auditoriyanı manipulyasiya etməkdə ittiham edilib.

Sənin fikrin

Şərhləri göstər

Ən son yazılan

XS
SM
MD
LG