Keçid linkləri

Təcili xəbərlər

NASA: Yerin gələcəyi yağışlı olacaq


NASA mütəxəssislərinin dərc etdiyi yeni məlumatda deyilir ki, yaxın zamanlarda Yer kürəsinin bütün ərazilərində yağıntının miqdarının artacağı gözlənilir. Alimlər xüsusən də tropik ərazilərdə yağıntıların kəskin artacağı barədə xəbərdarlıq edirlər. Onlar meteoroloqların dəqiq olmayan proqnozlar verdiyi qənaətindədirlər.

"Nature Communications" jurnalında planetimizin gələcəyinin yağmurlu olacağına dair məqalə dərc edilib. Məqalə müəllifləri NASA əməkdaşlarının proqnozlarına istinad ediblər. NASA son 40 ilin hava şəraitini izləyərək bu nəticəyə gəlib.

Ekspertlər aşkar ediblər ki, yüksək temperatur üzündən planetin səthi həddindən artıq tez qızmağa başlayıb. Bu səbəbdən hava axınlarının yerdəyişməsi baş verir və atmosfer istiliyinə cavabdeh olan yüksək buludların sayı azalır. Onların sayı azaldıqca yağışların yağma tezliyi artır.

Alimlər bildirirlər ki, yağıntının həcminin artmasının əsas səbəbi ötən il müşahidə olunmuş anomal istiləşmədir. 2016-cı ilin yayı son 140 ilin ən yüksək temperatur göstəriciləri ilə yadda qalıb. Mütəxəssislər qeyd edirlər ki, kəskin isinmələr üç mövsümdə bir dəfə müntəzəm təkrarlanır.

Hava axınlarının pozulması səbəbindən Şimal qütbündə arktik buz təbəqəsi kiçilir, yer örtüyü isə donmur. Hərçənd bu proses adətən yanvar ayında başlamlıdır. Antarktidadakı Larsen buzlaqlarında da çatlar müşahidə olunur.

Mütəxəssislər bütün bunların qarşısının alınmamsı üçün atmosferə tullantıların buraxılasını azaltmağı təklif edirlər. Ancaq bu məsələdə davamlılığa nail olmaq demək olar ki, mümkün deyil. Belə ki, bu, bir çox istehsal müəssisələrinin bağlanması demək olardı

Proqnozlaşdırılan arzuolunmaz vəziyyətin qarşısının alınmasının başqa bir yolu atmosferə atılan qazın toplanaraq konservasiya edilməsidir. Mütəxəssislər bildirirlər ki, bu həll yollarından istənilən biri nəhəng maliyyə vəsaiti və uzunmüddətli intellektual iş tələb edəcək.

NASA-nın ABŞ-dakı Reaktiv Hərəkət Laboratoriyasının (Jet Propulsion Laboratory) mütəxəssisi Hui Su-nun rəhbərliyi ilə aparılmış tədqiqatın nəticələrini əks etdirən məqalədə qeyd edilir ki, qlobal iqlim modellərinin çoxunda yüksək buludların azalması faktına kifayət qədər əhəmiyyət verilmir.

Dünyada yağıntıların düşməsi təkcə yağış yaradan buludlardan asılı deyil. Bu proses eyni zamanda Yerin "enerji büdcəsi"ndən - Günəşdən gələn enerjinin planetdən gedən istilik enerjisinə nisbətindən də asılıdır.

Yüksək hündürlüklərdə formalaşan tropik buludlar planetdən gedən istiliyi atmosferdə tutub saxlayır. Gələcəkdə bu buludlar azalarsa Yerin tropik qurşaqlarında atmosfer soyuyacaq.

Son onilliklər ərzində Yerin atmosferində baş verən dəyişiklikləri nəzərə alsaq, yer səthinin get-gedə qızması nəticəsində atmosferdə belə buludlar azalacaq.

Düşən yağışların havanı qızdırması bir qədər məntiqsiz görünür. İnsanlar öyrəşiblər ki, yağış ətrafdakı havanı qızdırmır, əksinə, soyudur. Ancaq atmosferin bir neçə kilometr dərinliyində tamamilə fərqli proses gedir.

Burada, yəni Yerin səthində su buxarlanaraq atmosfera qalxan zaman buxarlanmaya səbəb olmuş istilik enerjisini də özü ilə aparır.

Atmosferin soyuq yuxarı qatlarında isə su buxarı kondensasiya edərək maye damlalarına və ya buz parçacıqlarına çevriləndə həmin istini buraxır və beləliklə atmosfer qızır.

Bunun nəticəsində tropik qurşaqdakı atmosferdə sözügedən buludlar azalır.

Atmosferin ümumi sirkulyasiyası adlanan genişmiqyaslı hava axınları pozulur. Bu proses ekvatorial qurşağa daha çox təsir edir.

Son 30-40 il ərzində aparılmış müşahidələr göstərir ki, iqlim isindikcə bu zona daralır. Bu isə yenə də yüksək buludların azalmasına yol açır.

Ən son yazılan

XS
SM
MD
LG