Keçid linkləri

Təcili xəbərlər

Turizmə dəstək olmayan, iqtisadi səmərəsiz idman yarışları


Cəmi 15-20 il öncə hər hansı bir ölkədə böyük idman yarışları keçiriləndə həm hökumət, həm əhali sevinirdi, hamı qazanc olacağını düşünürdü. Yunanıstan Olimpia oyunlarından sonra bu trend dəyişdi.

Hamıya məlum oldu və elmi sübut olundu ki, böyük idman yarışlarına xərclənən pul qazanc gətirmir, xərclər gözləntiləri doğrultmur.

Hamıya məlum oldu və elmi sübut olundu ki, böyük idman yarışlarına xərclənən pul qazanc gətirmir, xərclər gözləntiləri doğrultmur. Braziliyada olan 2 qlobal yarış da (Olimpiada və Dünya çempionatı) sübut etdi ki, nə turizm üçün, nə ölkə tanıtımı üçün idman yatışlarının böyük əhəmiyyəti yoxdur. Həm Yunanıstan, həm Braziliya bu yarşlarda milyardlarla dollar pul itirdilər və uzun zamanlı böhrana daxil oldular.

Trendin dəyişməsini mən internetin inkişafı və 21-ci əsr yeni turist profili ilə izah edərdim. Müasir insan səfər etməyi planlaşdırdığı ölkəni tanımaq üçün artıq internetdən istifadə edir, otellərə 6-7 saat yatmaq üçün yüzlərlə dollar xərcləmək istəmir, onu tarix, mədəniyyət, əyləncə maraqlandırır. Bizdə nə ucuz otellər var, nə maraqlı tarixi marşrutlar, nə də səviyyəli əyləncə növləri - lüləkababla turist tutmaq istəyirik.

Gürcüstan bunu daha tez anladı, son 5 ildə ölkəyə gələn turist sayını 2 milyondan 6 milyona çatdırdı və bunun üçün heç bir yarış keçirmədi...

Gürcüstan bunu daha tez anladı, son 5 ildə ölkəyə gələn turist sayını 2 milyondan 6 milyona çatdırdı və bunun üçün heç bir yarış keçirmədi (tək bir futbol finalını qəbul etdi, o da xərc tələb etmirdi).

Bizim hökumət hər sahədə köhnə olduğu, geridəqalmış düşüncəyə malık olduğu üçün hələ də turizmin inkişafını yarışlarla bağlayır. Çox səhv, iqtisadi səmərəsiz yoldur və əhali də artıq bu yarışlardan bezib, tez bitməsini, əziyyətlərinə son qoyulmasını istəyir. Yəni daxili "PR" üçün də bu yarışlar əhəmiyyətini itirib, tam tərsi, "Anti-PR"-a çevrilib

P.S. Formula-1də iştirak edən "Haasa" komandasının fransalı pilotu Romen Qrojan deyib ki, ümid edirəm bu dəfə Bakı trasında göydə uçan polietilen torbalar bizə maşın sürməyə mane olmayacaqlar....

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG