Keçid linkləri

İnternetdə yeni iPhone 8-in panellərinin fotoları yayılıb. Bu fotoların köməyilə mütəxəssislər yeni cihazın bəzi xarakteristikalarını müəyyən etməyə nail olublar.

Fotolarda smartfonun ön və arxa panelləri yaxşı görünür. Şəkillərdən göründüyü kimi, yeni iPhone 8 smartfonu fləş (vspışka) və ikiqat şaquli kamera ilə təchiz olunacaq.

Bununla yanaşı, Apple şirkətinin nümayəndələri hələ ki, bütün by ehtimalları "sadəcə istifadəçilərin fantaziyası" adlandırırlar. İstənilən halda, internetdə yayılan "canlı" renderlərdən görünür ki, cihazın displeyi faktik olaraq onun bütün ön panelini tutacaq. Buradan da fiziki Home düyməsinin olmayacağı ehtimalını irəli sürmək olar.

Bundan başqa, fotolardan görünür ki, cihazın arxasında barmaq izləri skaneri üçün yer qoyulmayıb. Bu isə o deməkdir ki, onun yeri dəyişdirilib və ya o tamamilə ləğv edilib.

iPhone 8-in korpusu şüşədən hazırlanıb. Ehtimal olunur ki, Bu, simsiz yükləmə (şarj) üçün lazımdır. Bir müddət əvvəl internetdə iPhone8-in simsiz yüklənəcəyi barədə şaiyələr yayılmışdı.

Apple-ın ilk iPhone-un 10 illiyi münasibətilə üç yeni telefon - iPhone 7S, 7S Plus və iPhone 8-i satışa çıxaracağı barədə söhbətlər gəzir.

Cnet.com saytı yazır ki, iPhone-u yığan şirkət iPhone 7S-in simsiz yüklənmə və suyadavamlılıq xüsusiyyətlərinə malik olacağını təsdiq edib.

Tayvanda yeləşən və iPhone smartfonlarını yığmaqla məşğul olan Wistron şirkətinin baş icraçı direktoru Robert Hwang səhmdarların çərşənbə günü keçirilmiş illik görüşündə bildirib ki, 5.5 inç diaqonallı iPhone (bunun 7S Plus olduğunu deyənlər var) həm suyadavamlı olacaq, həm də simsiz yüklənəcək. Xəbər Nikkei Asian Review jurnalında dərc edilb.

Hwang jurnalistlərə bildirib ki, əvvəlki nəsil iPhone-ların yığılma prosesində elə bir böyük dəyişiklik baş verməyib.

Nikkei nəşri yazır ki, iPhone 8-in ekranı bir qədər qövsvari olacaq.

Yeni iPhone 8-in çoxlu yeni xüsusiyyətlərə mali olacağı barədə şaiyələr dolaşır. Onun OLED ekran, daxili barmaq izi skaneri və AR funksiyası kimi premium xüsusiyyətlərə malik olacağı deyilir. Ancaq bütün bu yeniliklər özləri ilə mənfi xüsusiyyətlər də gətirə bilər. Məsələn, mətbuatda "Apple"ın bu telefonun satış qiymətlərini 1000 dollardan aşağı sala bilməyəcəyi haqda xəbərlər dərc edilir. Bundan başqa sözügedən yeni smartfonların satışa mərhələli qaydada çıxarılması ehtimalı var: əvvəlcə daha az yenilənmiş iPhone 7S və 7S Plus, daha sonra iPhone 8 satışa çıxarıla bilər. iPhone 7S və 7S Plus yeni iPhone arzusunda olan, ancaq daha çox pul xərcləmək və ya daha çox gözləmək istəməyən müştərilərin ürəyincə ola bilər.

"Apple"-ın bu yaxınlarda Simsiz Enerji Konsorsiumuna (Wireless Power Consortium) qoşulduğunu və iPhone 8-in korpusunun şüşədən hazırlanmasını nəzərə alsaq, smartfonun simsiz yüklənəcəyi barədə xəbərlər də inandırıcı görünür.

Hələ 2016-cı ilin mayında uzun zamandan bəri iPhone-ların korpusunu istehsal edən "Catcher Technology" şirkətinin icraçı direktoru Allen Horng 2017-ci ildə satışa çıxacaq iPhone-un korpusunun şüşədən olacağını bildirmişdi. Dəfələrlə və bu qədər geniş auditoriyaya sızmış məlumatsa istər-istəməz fakt kimi qəbul edilir.

Ancaq Hwangın haqqında danışdığı simsiz yükləmə də özü ilə mənfi xüsusiyyət gətirir: bu, onsuz da iPhone-lar arasında ən bahalı smartfon olacağı gözlənilən iPhone 8-in daha da baha qiymətə satışa çıxacağı deməkdir.

Sənin fikrin

Şərhləri göstər

Ən son yazılan

XS
SM
MD
LG