Keçid linkləri

Təcili xəbərlər

Marsa göndəriləcək robot-humanoid - Valkiriya


NASA Valkyrie Autonomous
NASA Valkyrie Autonomous

Amerika Kosmik Agentliyi və Lindon Conson adına Kosmik mərkəzinin mütəxəssisləri Valkiriya adlı robot-humanoidin (insanabənzər) qabiliyyətlərini nümayiş etdiriblər. Gələcəkdə bu robotun Qırmızı planetə göndərilməsi planlaşdırılır. Yeni robotun müxtəlif testlərdən keçməsini onun idarə edilməsi alqoritmini yaradan IHMS Robotics institutunun YouTube kanalında görmək olar.

Robot rəsmi olaraq R5 adı altında qeyd edilir. Hündürlüyü 1.9 m, kütləsi isə 125 kq-dır. Robotun 44 dərəcə səviyyəsində sərbəstliyi var. Valkiriyanın əlləri 7 sərbəstlik dərəcəsində hərəkət edən bilək və əllərə sahibdir. O, geriyə dönə və əyilə bilir. Robotun sistemi isə onun belinə möhkəmdləndirilmiş akumulyator batareyaları vasitəsilə enerji yığır. Dolu akumulyator R5-ə bir saatdan bir az çox müddətə bəs edir.

Valkiriyanın bütün korpusu üzərində 200-ə yaxın datçik quraşdırılıb. Mexanizmin proqram təminatı əldə edilən informasiyanı dəyərləndirib robotun növbəti addımı üçün uyğun ola biləcək daha düz və hamar səthi seçməkdə yardımçı olur.

Valkiriya robotunun mükəmmələşdirilməsi ilə bağlı işlər hələ də davam etdirilir. Aparatın yaradıcıları güman edirlər ki, yaxın gələcəkdə robot Marsda aparılan tədqiqatlarda bir çox işlərdə yardımçı olacaq.

Ən son yazılan

XS
SM
MD
LG