Keçid linkləri

Təcili xəbərlər

Özü yaxşidir, ətrafi pis 


Hər şirkətin rəsmi və ya qeyri rəsmi bir daxili mədəniyyəti var. Daxili mədəniyyət, bütün qurumda işləyən insanlar tərəfindən qəbul edilən və paylaşılan əsas dəyərlər, inanclar, yazılmamış standartlar və normalardan ibarətdir. İnsanların düşünmədən “doğru” olaraq qəbul etdiyi bu davranış və düşüncə tərzləri qurum daxilində gözlə görünməyən, ancaq hərkəsin hiss etdiyi bir ab-hava yaradır. Şirkətə yeni daxil olan insan da bir neçə gündə daxili mədəniyyəti və dəyərləri hiss edir və aldığı mesajlara görə davranmağa başlayır. Əksi də mümkündür – insanın şəxsi dəyərləri qurumda qəbul edilən davranış tərzinə tam ziddir və belə bir halda insan şirkəti tərk etmək məcburiyyətində qalır.

Yuxarıda yazdıqlarım çox nəzəri və aydın olmadığına görə sizlərə real həyatdan, şəxsi təcrübəmdən nümunələr göstərmək istəyirəm.

Böyük şirkətlər qrupu nəzdində 3 şirkət düşünün. Hər şirkət tamamən müstəqil şəkildə fəaliyyət göstərir...

Böyük şirkətlər qrupu nəzdində 3 şirkət düşünün. Hər şirkət tamamən müstəqil şəkildə fəaliyyət göstərir – rəhbəri, müavinlər, şöbə müdirləri, maliyyə sistemi, işə qəbul, muhasibatlıq, müştəri xidmətləri, satış, marketinq, anbar, və s.

ŞİRKƏT 1. Rəhbəri dedi-qodu sevən, məlumat daşıyan və “stukaçları” dinləyən, insanlarda satqınlığı dəstəkləyən, olduqca simic, əməkdaşların birləşməsinə qarşı olan insan. Müştərilərlə əlaqəli yanaşma qısaca belə idi: müxtəlif yollarla maksimum pul qopartmaq.

Şirkətdə ab-hava: karyera qurmaq üçün müdirlə yaxşı əlaqədə olmaq lazımdır – müdirlə yaxşı əlaqədə olmaq üçün ona məlumat daşımaq, dedi-qoduları danışmaq və həmkarlarını satmaq lazımdır. Nəticə: işçilərin əksəriyyəti biri birinin arxasınca danışır, hərkəs biri-birini güdür, komanda ruhu nəinki yoxdur – 3 nəfər bir yerdə yemək yeyəndə artıq bu haqda xəbər birbaşa rəhbərə gedir və suallar yaranır. Hər yerdə kameralar. Insanlar özlərini realiti şouda hiss edirlər. Təbii ki, müstəqil sözünü deyə bilən insan yoxdur o şirkətdə. Şirkətə müraciət edən müştərilərə qarşı bu tərz standart idi: pul qopartmaq və müştərini əlavə xərcə salmaq. Heç kim təşəbbüs göstərmək və ya önə çıxmq istəməz – dərhal əziləcək. Insanlar, biri birinin dedikləri sözlərdə alt mənalar axtardığına görə, hərkəs digər komanda üzvləri ilə daha az ünsiyyətdə olurdu.

Rəhbəri kobud, insanlarla yuxarıdan danışan, “krışa” və “tapşa” əhəmiyyət verən və buna görə də qarşısında güclünü görəndə aciz, zəifi görəndə əjdaha olan...

ŞİRKƏT 2. Rəhbəri kobud, insanlarla yuxarıdan danışan, “krışa” və “tapşa” əhəmiyyət verən və buna görə də qarşısında güclünü görəndə aciz, zəifi görəndə əjdaha olan, müştərilərə heç əhəmiyyət verməyən və onlara qarşı kobud olan, müştəriləri haqsız görən, “yaxşı rəhbər adamları dolandırmalıdır” düşüncəli insan. Danışıq tərzi kobud olmaqla bərabər həm də küçə və loru dilində danışırdı.

Şirkətdə ab hava: ancaq gücə hörmət, rəhbərlər tabeçiliklərində olan hərkəsi əzirdilər, müştərilər şikayət etmək üçün rəhbər tapa bilmirdi, əməkdaşlar müştərilərə “get kimə şikayət edirsən et” sözlərini rahat deyirdilər; işçilər müştərilərdən rahat şəkildə əlavə “çörək qazanırdı” və ortalıqda kişilik və qədeşlik havası olduğu bir yer. Insanların komanda içi əlaqələri küçə anlayışı və “ponyatka” üzərində qurulurdu və özləri də fərqində olmadan, müştərilərlə olmaması gərəkən ifadələr işlədirdilər. Müştərilərin yanında belə biri-birinə “ay brat, can, hə qaqa” kimi müraciətlərin edilməsi normal idi.

Şirkət rəhbəri işlərində dəqiq, müştərilərə qarşı olduqca diqqətcil, əməkdaşlara məsuliyyətlə bərabər səlahiyyət də verən, standartlara və sistemli idarəçiliyə əhəmiyyət verən, xərc və investisiya arasında böyük fərqi bilən və uzun müddətli düşünən insan.

ŞİRKƏT 3. Şirkət rəhbəri işlərində dəqiq, müştərilərə qarşı olduqca diqqətcil, əməkdaşlara məsuliyyətlə bərabər səlahiyyət də verən, standartlara və sistemli idarəçiliyə əhəmiyyət verən, xərc və investisiya arasında böyük fərqi bilən və uzun müddətli düşünən insan.

Şirkətdə ab hava: müştərilərə qarşı çox diqqətli komanda, satışla bərabər satış sonrası olan xidmətlərə əhəmiyyət verilirdi, və məhz bunun əsl satışa dəstək olduğu düşünülürdü; hər hansı səhvin olmasına görə heç kim danlanmırdı – tam tərsi: təhlil edildikdən sonra bir daha təkrarlanmaması üçün qərar alınır, insanlar ciddi komanda olaraq işləyirlər. İnsanlar arasında əlaqələr tam rəsmi və ciddi. Daim komandanın birləşməsi üçün müxtəlif tədbirlər və fəaliyyətlər keçirilirdi və insanlar özlərini bir məqsədə xidmət edən bir ailə kimi hiss edirdilər.

İndi isə gəlin belə bir məqamı düşünək:

- Kobudluğu qəbul etməyən, mədəni bir peşəkar 2-ci şirkətdə işləyə bilərmi?
- “Torba tikən” insan 3-cü şirkətdə işləyə bilərmi?
- Sərbəstliyinə hörmət edən insan 1-ci şirkətdə işləyə bilərmi?
- Müştərilərə qarşı hörmətlə yanaşmağa öyrəşən insan 1-ci və ya 2-ci şirkətlərdə işləyə bilərmi?

FƏRQLİ vəziyyəti də düşünün: 3-cü şirkətin rəhbəri 1-ci şirkətə rəhbər olaraq gedir. İlk gündən satqınlığın və dediqoduların qarşısını alan insan bir anda ümumi havada dəyişiklik edəcək. Bu tərzi qəbul edə bilməyən “peşəkar” stukaçlar yeni şərtlərdə ya susmalı olacaqlar, ya da getməli.

Və ya 2-ci şirkətin rəhbərinin 3-cü şirkətə rəhbər təyin olduğunu düşünün. İlk iclasda insanların üstünə səsini yüksəltməsi və müştərilərlə kobud rəftarı komandada özünə güvənən insanların getməsi üçün bəs edəcək.

Səbəbi isə çox sadədir: şirkətin HƏR ŞEYİNİ – daxili mədəniyyətini, qaydalarını, danışıq və geyim tərzini, standart və prosedurlarını müəyyən edən məhz elə rəhbərdir. O necədirsə, şirkət də elədir.

DİQQƏT EDİN: hər şirkət haqqında yazarkən, ilk öncə şirkətin rəhbərin haqqında yazdım. Səbəbi isə çox sadədir: şirkətin HƏR ŞEYİNİ – daxili mədəniyyətini, qaydalarını, danışıq və geyim tərzini, standart və prosedurlarını müəyyən edən məhz elə rəhbərdir. O necədirsə, şirkət də elədir. Buna görə də mən hər zaman “İşçilərim və komandan necədir?” sualını verən rəhbərlərə “sənin kimi” cavabını verirəm.

- İnsanların doğru və ya səhv davranmasına icazə verən RƏHBƏRDİR;
- Öz davranışları, tərzi və hərəkətləri ilə insanlar üçün “rol modeli” məhz RƏHBƏR özüdür;
- Müştərilərə qarşı davranış formasını, daxili əlaqələrin möhkəmliyini və səmimiliyini, məsuliyyətli davranış və əxlaqı rəhbər nümayiş edir və insanlar da aldıqları “mesajlara” görə davranırlar.

Şirkətlərin daxili mədəniyyətini yaradan və ona istiqamət verən şirkətin rəhbəridir. Daxili mədəniyyət isə, öz növbəsində, maqnit kimi, özünə uyğun olanları çəkir və fərqliləri qəbul etmir.

Azərbaycanda yayılmış “özü yaxşıdır, ətrafı pisdir” sözlərini tamamilə səhv olduğunu düşünürəm. Bu ifadə daha doğrudur : “ÖZÜ NECƏDİRSƏ, ƏTRAFI DA ELƏDİR”

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG