Keçid linkləri

Təcili xəbərlər

Çin alimləri Ayda kartof yetişdirmək istəyirlər


Kartof toxumları gələn il Aya göndəriləcək “Change 4” missiyasının bir hissəsi olan mini ekosistemin içərisinə yerləşdiriləcək. Ekosistem özündə içərisində kartof toxumları, ipək böcəyi yumurtaları, hava, torpaq, su olan 16-18 sm qapalı silindrdir.

Ayın səthindəki təbii işıq da toxumların cücərməsi üçün yüngül borularla gəmiyə daşınacaq.

Əgər Ayda böcəklər yaşaya bilsə, toxumlar cücərsə gələcəkdə insanların da burada həyat qura bilməsiylə bağlı önəmli bilgilər alına bilər. Bu barədə Çin Beynəlxalq Radiosu məlumat verib.

Toxumların cücərməsi, barama yumurtalarının inkubasiyası gəmiyə yerləşdirilmiş daxili kameraların vasitəsiylə canlı yayımda bütün dünyaya göstəriləcək.

Hazırki sistemdə bütün bunlar çətin ola bilər, çünki, Ayda temperatur 170-100 °С arasında dəyişir, atmosfer yoxdur. Buna görə də, silindrin ağzı möhkəm bərkidilməlidir.

2015-ci ildə çəkilmiş “Marslı” (The Martian) filmində də kartof önəmli yer alıb. Filmdə fırtına nəticəsində komanda yoldaşlarından ayrı düşən, öldüyü sanılan kosmonavt Mark Watney Marsda həyatda qalmaq üçün kartof yetişdirməyə başlayır.

Ən son yazılan

XS
SM
MD
LG